Livan səhiyyə rəsmiləri bildirib ki, İsrail qüvvələri çərşənbə axşamı Livanın cənubunda dörd nəfərin ölümünə səbəb olan hava hücumları həyata keçirib.
İsrail ordusu Nəbatiyə bölgəsinə endirilən zərbələrdə Hizbullah militantlarının hədəf aldığını, Hizbullah isə çərşənbə axşamı İsrailə dron hücumu etdiyini bildirib.
Son günlərdə İsrail və Livandakı Hizbullah arasında sərhədlərarası hücumlar artmaqdadır. Hizbullah Qəzza zolağında İsarillə HƏMAS arasında gedən döyüşlər fonunda hücumlarını artırıb.
Beynəlxalq ictimaiyyət bölgədə münaqişənin genişlənməsi narahatlıqları fonunda onun qarşısını almaq üçün səylər göstərir.
Bu narahatlıqlar keçən həftə İsrailin Beyrutda Hizbullah komandirinin ölümünə səbəb olan hücumu və İranda HƏMAS-ın siyasi liderininn ölümü ilə nəticələnən hücumdan sonra daha da artıb.
Aİ-nin xarici siyasət rəhbəri Cozef Borrell çərşənbə axşamı deyib ki, "Yaxın Şərqdə gərginlik artmaqda davam edir və onu naməlum nisbətdə müharibənin astanasına gətirir. Biz hamımız növbəti fəlakətin qarşısını almalıyıq. İrəliyə doğru yol əsasən konsensualdır: Qəzzada atəşkəs, indi".
Çərşənbə axşamı Cənubi Koreya da region üçün səyahət xəbərdarlığı edib və vətəndaşlarını İsrail və Livanı mümkün qədər tez tərk etməyə çağırıb.
ABŞ Müdafiə naziri Lloyd Austin və İsrailin müdafiə naziri Yoav Qallant bazar ertəsi vəziyyəti müzakirə edb. Austin İran və onun Hizbullah kimi proksi təhdidləri qarşısında "ABŞ-ın İsrailin təhlükəsizliyinə sarsılmaz sadiqliyini" təkrarlayıb. Bu barədə Pentaqonun yaydığı bəyanatda deyilir.
Pentaqonun mətbuat katibi general-mayor Pat Rayder deyib ki, Austin və Qalant bazar ertəsi İranın dəstəklədiyi militantlar tərəfindən İraqın qərbində yerləşən ABŞ qüvvələrinə hücumunun "təhlükəli eskalasiyaya işarə etdiyini və İranın regionda sabitliyi pozan rolunu nümayiş etdirməsi" barədə həmfikirdirlər.
Bir ABŞ müdafiə rəsmisi Amerikanın Səsinə bildirib ki, hücum nəticəsində bir neçə ABŞ əməkdaşı yaralanıb.
İsrail ordusu çərşənbə axşamı da qüvvələrinin Qəzza zolağının mərkəzi və cənubunda əməliyyatlar apardığını və İsrail təyyarələrinin işğal altındakı İordan çayının qərb sahilində yerləşən Cenin bölgəsinə hava hücumu təşkil etdiyini bildirib.
Fələstinli səhiyyə rəsmiləri zərbə nəticəsində 4 nəfərin öldüyünü, İsrailin İordan çayının qərb sahilindəki Aqaaba kəndində keçirdiyi reydin daha 4 nəfərin ölümünə səbəb olduğunu bildirib.
Qəzzadakı müharibə 39,100 nəfərin həyatına son qoyub. Fələstin ərazisinin səhiyyə rəsmilərinin verdiyi rəqəm döyüşçülərlə mülki şəxslər arasında fərq qoymur.
Müharibə HƏMAS silahlılarının oktyabrın 7-də İsrailin cənubuna hücumu ilə başlayıb. Militantlar əksəriyyəti mülki şəxslər olmaqla 1200 nəfəri qətlə yetirib, 250-yə yaxın insanı girov götürüb. İsrail rəsmilərinə görə, girovlardan təxminən 115 nəfər hələ də Qəzzadadır. Onlardan üçdə birinin öldüyü güman edilir.
Forum