ABŞ media mənbələri Demokrat partiyasından prezidentliyə ehtimal olunan namizəd Kamala Harrisin özünə vitse-prezidentliyə namizəd tərəfdaş seçdiyini xəbər verir.
Harris kampaniyasına yaxın mənbələr seçimin Minnesota qubernatoru Tim Valts olduğunu bildirir.
Sabiq təhsil işçisi olan Valts ABŞ-ın şimal-mərkəzi ştatında ikinci dönəmdir ki, qubernator vəzifəsində çalışır.
Valts habelə Demokrat Qubernatorlar Assosiasiyasının sədridir.
Bundan öncə 12 il ərzində o, Konqresdə Minnesota ştatının mühafizəkar təmayüllü dairəsini təmsil edib.
Bu açıqlama çərşənbə axşamı Filadelfiyada planlaşdırılan kampaniya tədbiri ərəfəsində verilib.
Harrisin kampaniya tədbirləri keçirəcəyi Viskonsin, Miçiqan, Arizona və Nevada ştatlarının noyabr seçkilərində rəqabətin qızğın keçəcəyi ştatlar sayılır. Belə ki, ABŞ seçkilərin qalibi ümummilli səsvermənin sayına görə yox, hər ştat üzrə toplanılan səslərin nəticələri əsasında müəyyən edilir.
Respublikaçı namizəd Donald Tramp özünə vitse-prezidentliyə tərəfdaş olaraq Ohayo senatoru JD Vansı seçib.
Vansın da bu günlərədə rəqabətin qızğın keçəcəyi gözlənilən Pennsilvaniya, Viksonsin, Miçiqan və Şimali Karolina ştatlarında kampaniya tədbirlərinə qatılacağı gözlənilir.
Forum