Accessibility links

Vitse-prezidentliyə namizədlərin seçki nəticələrinə təsiri varmı?


Vitse-prezidentliyə namizədlərin seçki nəticələrinə təsiri varmı?
please wait

No media source currently available

0:00 0:03:12 0:00

Həm Demokratlar, həm də Respublikaçıların prezidentliyə namizədlərinin vitse-prezident vəzifəsinə seçdikləri şəxslər ictimaiyyətə məlum olduqdan sonra maraq doğuran sual bu şəxslərin Noyabr seçkilərinin nəticələrinə təsiri olub-olmayacağıdır.

Vitse-prezident Kamala Harris çərşənbə günü Pensilvaniyada seçimində əminlik hissi ilə Minnesota qubernatoru Tim Valzu özünün seçki yoldaşı kimi təqdim etdi.

Kamala Harris, Demokratların prezidentliyə namizədi: “O, öz ştatında nümunəvi rəhbərdir və sizə deyirəm ki, bu təcrübə ilə Tim Valz ilk gündən işə hazır olacaq.”

Respublikaçıların prezidentliyə namizədi Donald Tramp da öz seçki yoldaşı, Ohayo senatoru JD Vansı təqdir edir.

Amma sabiq prezident bu yaxınlarda vitse-prezident vəzifəsinə seçimin əhəmiyyətli olmadığını deyib.

Donald Tramp, Respublikaçıların prezidentliyə namizədi: “Məncə tarix olaraq yaxşı sənədləşdirilib ki, bunun seçkiyə heç bir təsiri yoxdur. Yəni ki, təsiri heç yoxdur. Əsas olan prezidentliyə namizədin kim olmasıdır.”

Tədqiqatçılar deyir ki, vitse-prezidentlər ABŞ prezidentlərinin kölgəsində fəaliyyət göstərdiklərindən onların vəzifələri aydın görünmür və təqdir edilmir.

Buna baxmayaraq, onlar, prezident işini icra edə bilmədiyi halda həmin vəzifəyə keçən və partiyalarının siyasi proqramını təşviq edən əsas şəxslərdir.

Coel Qonsteyn, Vitse-prezidentlər tədqiqatçısı: “Bu iş bir tabeçilik məsələsidir. Prezidentin siyasətinin irəli aparmağa və prezidentin milli və beynəlxalq lider kimi imkanlarını genişləndirməyə yardımçı olmaq.”

Qoldsteyn deyir ki, müəyyən hallarda vitse-prezidentlik seçimi kampaniyanı gücləndirə bilir.

Coel Qonsteyn, Vitse-prezidentlər tədqiqatçısı: “1992-ci ildə Bil Klintonun Al Qoru vitse-prezident kimi seçməsi yaxşı qərar idi. Bu iki cənublu mərkəzçi beybi-bumerin vəhdəti nəsil dəyişimi ilə bağlı yaxşı mesaj idi.”

Pis seçimlə bağlı isə təhlilçilər Respublikaçı Senator Con Makkeynin 2008-ci ildə qubernator Sara Peylini seçki yoldaşı kimi seçməsini nümunə göstərirlər.

Coel Qonsteyn, Vitse-prezidentlər tədqiqatçısı: “O, seçki təşviqatı dövrüdən parodiya edilən və nəticədə Makkeynin namizədliyinə zərər vuran bir fiqur oldu. Amma Makkeynin məğlubiyinin səbəbi deyildi.”

Bu seçki dövründə Tim Valzun təcrübəsi və ailəmeylli iqtisadiyyata diqqəti Harris kampaniyasının arxayın olduğu məqamlardır.

Elizabet Klemens, Siyasi sosioloq: “Ailəmeylli olmaq yalnız reproduktivliyə nəzarətlə bağlı deyil. Bura ailələrə iqtisadi dəstək, təhsil, səhiyyə, ev və işlərin açılması daxildir.”

Təhlilçi Piter Loc deyir ki, JD Vans Respublikaçıların narrativini irəli aparmağa kömək edəcək.

Piter Loc, Corc Vaşinqton Universiteti: “Onların narrativi odur ki, Amerikada vaxtilə elə idi ki, sən zəhmət çəksən, qaydalara riayət etsən, orta təbəqə amerikalı ailə kimi rifahın yaxşılacaq və bu, artıq yoxdur. Sən onlara səs versən, həmin Amerika geri qayıdacaq.”

Vitse-prezidentliyə namizədlərin seçkiyə təsiri böyük olmasa da, təhlilçilərin fikrincə, ABŞ seçiciləri onları narahat etdiyi məsələrə bu şəxslərin necə yanaşacaqlarına fikir verəcəklər.

Forum

XS
SM
MD
LG