Minnesota ştatının qubernatoru Tim Valz və Ohayo Senatoru JD Vans oktyabrın 1-də debata razılıq veriblər. Demokrat və Respublikaçılar partiyasından vitse-prezidentliyə namizədlərin debatı bəzi ştatlarda erkən seçkilərin başlayacağı vaxta təsadüf edir.
Bu arada Vitse-Prezident Kamal Harris Donald Trampla özü arasında ikinci debatın keçiriləcəyin proqnozlaşdırır, hərçənd ki, həmin qarşılaşma Respublikaçı namizədin sentyabrın 10-da planlaşdırılan debatda iştirakından asılıdır.
CBS News çərşənbə günü X platformasında həm Valzı, həm də Vansı Nyu York şəhərində debata qatılmağa dəvət edərək dörd müxtəlif tarixlər təklif edib – 17 sentyabr, 24 sentyabr, 1 oktyabr, və 8 oktyabr.
Valz həmin mesajı öz hesabında paylaşaraq, “JD, oktyabrın 1-də görüşərik” yazıb.
Harris-Valz kampaniyası sonradan açıqlanan mesajda Valzın, əgər rəqibi qatılarsa, JD Vansla debata hazırlaşdığını bildirib.
Vans X platformasında 1 oktyabr dəvətini qəbul etdiyini bildrib. O, həmçinin Valza 18 sentyabrda debata gəlməyə çağırış edib.
1 oktyabrda keçiriləcək debatın moderatorları CBS Axşam Xəbərləri proqramının aparıcısı Norah O'Donnell və “Millətlə Üzləş” proqramının aparıcısı Marqaret Brennan olacaq.
Forum