Accessibility links

Demokratlar Partiyasının qurultayı Harrisin seçki yarışında irəliləyiş əldə etdiyi bir vaxt keçirilir


Demokratlar Partiyasının qurultayı Harrisin seçki yarışında irəliləyiş əldə etdiyi vaxt keçirilir
please wait

No media source currently available

0:00 0:02:35 0:00

Bu həftə Demokratlar Partiyasının minlərlə deleqatı bir araya gələrək, 2024-cü il ABŞ prezident seçkilərində partiyanın namizədləri kimi vitse-prezident Kamala Harris və Minnesota qubernatoru Tim Valzı bayram edəcəklər. Onlar ölkənin mərkəz-qərb ərazisində, Çikaqo şəhərində toplanırlar.

Çikaqo, 1968-ci il. Demokratların Qurultayı ətrafında polislə Vyetnam müharibəsi etirazçıları arasında qarşıdurma. Həmin dövr nisbətən yeni olan televiziya hadisələri canlı yayımlayır.

Nyu York, 1976-cı il. Demokratlar vitse-prezidentliyə namizədi sonuncu dəfə qurultayda məhz bu il elan edilir. Prezidentliyə namizəd Cimmi Karter seçki yoldaşı kimi Volter Mondeyli təqdim edir.

Volter Mondeyl, 1976-cı ilDemokratların vitse-prezidentliyə namizədi:“Bizim vizyonumuz var, biz ölkəmizi sevirik və biz işimizi görəcəyik. Çox sağ olun.”

1980-ci il qurultayında senator Ted Kennedi cari prezident Karterə qarşı rəqabətini elan etdikdən sonra müşahidə edilən xaos. Daha sonra Kennedi bu sözlərlə geri çəkildiyini elan etdi:

Ted Kennedi, ABŞ senatoru: “Mübarizəmiz daam edir, ümid hələ də yaşayır, arzumuz ölməməlidir.”

Çikaqo, 1996-cı il. Vətəndaş haqları fəalları irqi bərabərlik və rifah islahatları tələb edirlər. Polis etirazçıların təhlükəsizlik perimetrinə daxil olmağına imkan vermir.

Denver, 2008-ci il. Barak Obamanın namizədliyi qəbul etməsi nitqi 84 minlik rekord kütləyə şərait yaratmaq üçün açıq hava stadionuna keçirildi.

Barak Obama, 2008-ci il Demokratların prezidentliyə namizədi: “Dərin minnətdarlıq və böyük təvazökarlıq hissi ilə ABŞ prezidentliyinə namizədliyi qəbul edirəm.”

Bu həftə Çikaqoda keçiriləcək qurultay vitse-prezident Kamala Harris və Minnesota qubernatoru Tim Valzın seçkidə irəliləyiş anına təsadüf edir. Keçən ay prezident Co Bayden rəy sorğularında Respublikaçı namizəd Donald Trampdan geri qalırdı.

Bayden seçki yarışından çəkildikdən sonra Harrisin namizəd kimi popularlığı artdı. Keçən həftə Morning Consult-ın rəy sorğularında Harris Trampdan 3 faiz irəlidə idi.

Hər bir qurultayda olduğu kimi Demokratların builki qurultayında da etirazçılar olacaq. Bu kadrlar isə keçən ay Viskonsində Respublikaçıların qurultayındandır. Çikaqoda etirazçıların önündə minlərlə federal, ştat və lokal polis əməkdaşları olacaq.

Derek Mayer, ABŞ Məxfi Xidməti: “Mən əminəm ki, bizim plan Demokratların Milli Qurultayında təhlükəsiz mühiti təmin edəcək.”

Çikaqo rəsmiləri qurultay üçün şəhərə 50 mindən çox qonağın gələcəyini gözləyir. Qurultay çərçivəsində Demokratlar Partiyasının tədbirləri United Center-də keçiriləcək.

Forum

XS
SM
MD
LG