Əfqanıstanda Taliban əxlaq polisi çərşənbə axşamı bildirib ki, onlar anti-İslam adətləri adlandırdıqları şeylərə qarşı mübarizə çərçivəsində son bir il ərzində 21 000-dən çox musiqi alətini "ələ keçirərək məhv ediblər".
Ədəbin Təbliği və Əxlaqsızlığın Qarşısının Alınması Nazirliyinin rəsmiləri Taliban hakimiyyətinin yaxınlıqdakı şimal Pərvan əyalətində yüzlərlə musiqi alətinin kütləvi şəkildə yandırılmasından bir gün sonra Kabildə keçirdiyi mətbuat konfransında “illik fəaliyyətlərini” müzakirə edib.
Əyalət əxlaq polisi idarəsi də sakinləri toy və digər şənliklərdə musiqi alətlərindən istifadə etməməyə çağırıb. Çərşənbə axşamı Əfqanıstanın paytaxtında çıxış edən nazirlik rəsmiləri Taliban administrasiyası tərəfindən həyata keçirilən "ictimai islahatların bir hissəsi" olaraq, minlərlə "əxlaqsız filmi" məhv etdiyini və daha bir çoxunun "fərdi kompüterlərdə istifadəsinə" mane olduğunu iddia edib. Onlar filmlərin mahiyyəti barədə ətraflı məlumat verməyib. Nazirlik konkret detalları müzakirə etmədən Əfqanıstanda “audio, vizual və çap mediasında islahatların 90%-ni uğurla həyata keçirdiyini” bildirib.
Azad media müdafiə qrupları və yerli jurnalistlər deyirlər ki, Taliban liderləri ölkədə mətbuat azadlığını və informasiyaya çıxışı əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. İslamçı Taliban üç il əvvəl ABŞ-ın başçılıq etdiyi bütün Qərb qoşunlarnın təxminən iyirmi il ərzində müharibədə iştirak etdikdən sonra Əfqanıstanı tərk etməsi ilə müharibədən dağılmış, yoxsullaşmış Cənubi Asiya dövlətinə nəzarəti bərpa edərək Əxlaq və Fəzilət Nazirliyini bərpa edib.
Taliban nazirliyi yerli media mütəxəssisləri üçün ciddi təlimatlar təqdim edərək, qadın aparıcıları və qonaqları efirdə “İslami” geyim koduna riayət etməyə məcbur edir və yalnız onların gözlərinin görünməsini tələb edir. Qadınlara milli radio və televiziyalarda işləmək və qadın ifaçıların iştirak etdiyi dramlar qadağandır.
De-fakto əfqan səlahiyyətliləri iş yerlərində ciddi “gender əsaslı seqreqasiya” tətbiq edib.
Bazar ertəsi günü dövlət mediası tərəfindən əxlaq və fəzilət naziri Məhəmməd Xalid Hənəfiyə istinadla, Taliban "islam şəriətini tətbiq etməkdə qərarlıdır və bu baxımdan heç kimin təzyiqi qəbuledilməzdir" - deyə, bildirib.
Birləşmiş Millətlər Təşkilatının Əfqanıstana Yardım Missiyası (UNAMA) keçən ay bildirib ki, heç bir ölkə tərəfindən tanınmayan Talibanın əxlaq polisi insanlar arasında “qorxu və hədə-qorxu mühiti” yaratmağa kömək edir və nazirliyi Taliban hökumətində insan hüquqlarının əsas pozucusu kimi tanıyıb.
BMT-nin hesabatında qeyd olunur ki, de-fakto nazirliyin fəaliyyəti Əfqanıstanda “insan hüquqlarının və əsas azadlıqların həyata keçirilməsinə mənfi təsir göstərib, qadınlara ayrı-seçkilik və qeyri-mütənasib təsir göstərir”.
Əxlaq polisi departamenti qadınların gözəllik salonlarını, qadınların ev sərhədlərindən 78 kilometr kənarda kişi qəyyumsuz səyahət etmələrini və onlara parklara, idman zallarına və hamamlara getməyi qadağan edib.
Taliban həmçinin altıncı sinifdən sonra qızlar üçün məktəb təhsilinə və bir çox qadınların BMT agentlikləri də daxil olmaqla ictimai, eləcə də özəl təşkilatlarda işləməsinə icazə verilmir.
BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı keçən həftə yeni hesabatında bildirib ki, Taliban hakimiyyətə qayıtdıqdan sonra 1,4 milyon qızı məktəb təhsilindən “qəsdən məhrum edib”, bütün bir nəslin gələcəyini riskə atıb və Əfqanıstanı bu baxımdan dünyada yeganə ölkə edib.
Taliban rəsmiləri onların idarəçiliyi ilə bağlı tənqidləri ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirir və onların Əfqanıstan mədəniyyəti və İslam qanunlarına uyğun olduğunu söyləyərək siyasətlərini müdafiə edir.
Forum