Accessibility links

Atəşkəslə bağlı danışıqlara hazırlıqlar davam etdiyi bir vaxtda Qəzzaya endirilən zərbələr nəticəsində onlarla insan ölüb


Rəsmilər deyir ki, İsrailin Qəzza zolağının cənubuna endirdiyi bir neçə zərbələri nəticəsində ən azı 30 nəfər ölüb. Eyni zamanda isə Misirdə yüksək səviyyəli atəşkəs danışıqlarına hazırlıqlar aparılır.

Ölənlər arasında eyni ailənin 11 üzvü var ki, onlardan ikisi uşaqdır. İsrailin hava hücumu nəticəsində şənbə günü onların Xan Yunisdəki evlərinə zərbə endirilib. Bu barədə cəsədlər və yaralalıların aparıldığı Nasser Xəstəxanası məlumat verib.

Xəstəxanaya ümumilikdə 33 cəsəd gətirilib ki, onlar Xan Yunis və ətrafına üç ayrı hücum nəticəsində ölüb. Şəhərdə yerləşən Əl-Əqsa Şəhidlər Xəstəxanası bildirib ki, şənbə günü endirilən zərbə nəticəsində ölən üç nəfərin cəsədi ora çatdırılıb.

Nasser Xəstəxanası bildirib ki, Xan Yunisin cənubunda bir yola endirilən zərbə nəticəsində əlavə 17 nəfər ölüb.

İsrail ordusu məlumatları araşdırdığını deyib, amma dərhal şərh verməyib.

Xilasedicilər həmçinin Xan Yunisin qərbində bir yaşayış məntəqəsində 10 nəfərin cəsədini tapıb. Xəstəxana bildirib ki, onların ölüm səbəbləri dərhal bəlli olmayıb, ancaq ərazi son bir həftədə dəfələrlə İsrail ordusunun bomba hücumuna məruz qalıb.

Xəstəxanadakı Associated Press jurnalisti cəsədləri sayıb.

Qəzzada müharibə HƏMAS və başqa militantların oktyabrın 7-də İsrailə gözlənilməz hücum edərək, əksəriyyəti mülki şəxslər olmaqla 1200 nəfəri öldürməsindən sonra başlayıb. Ötən il əldə olunan atəşkəs nəticəsində 100-dən çox girov sərbəst buraxılıb, amma HƏMAS-ın hələ də 110-dan çox insanı girov saxladığı güman edilir ki, İsrail rəsmilərinin məlumatına görə, onların üçdə biri ölüb.

Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin cavab olaraq başlatdığı hücum nəticəsində 40 mindən çox fələstinlik həlak olub. Bundan əlavə ərazinin böyü bir hissəsi dağılıb, Qəzzanın 2.3 milyon əhalisinin böyük əksəriyyəti evlərindən qaçmağa məcbur olub.

Atəşkəs danışıqları

Ekspertlər texniki məsələləri həll etmək və bazar günü ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə mümkün atəşkəslə bağlı yüksək səviyyəli danışıqlara hazırlıq görmək üçün şənbə günü görüş keçirir.

HƏMAS rəsmisi Mahmud Merdavi AP-yə bildirib ki, HƏMAS nümayəndə heyəti misirli və qətərli rəsmilərlə görüşmək üçün şənbə günü Qahirəyə gedib. O vurğulayıb ki, HƏMAS bazar günü keçirilcən danışıqlarda birbaşa iştirak etməyəcək, bunun əvəzinə onları Misir və Qətər məlumatlandıracaq.

Cümə axşamı Qahirəyə gedən İsrail nümayəndə heyətinə İsrailin Mossad xarici kəşfiyyat xidmətinin başçısı David Barnea, İsrailin Şin Bet təhlükəsizlik xidmətnin başçısı və general-mayor Eliezer Toledano daxildir.

CIA Direktoru Vilyan Burns və ABŞ Prezidenti Co Baydenin Yaxın Şərq üzrə baş müşaviri Brett MakQurk İsraillə HƏMAS arasında İsrailin Qəzzada iki strateji dəhlizdə qüvvələr saxlamaqda israr etməsi ilə bağlı fikir ayrılıqları fonunda danışıqların ABŞ tərəfinə rəhbərlik edir.

Ağ Ev cümə günü təfərrüat vermədən bildirib ki, danışıqlar konstruktiv olub və irəliləyiş əldə olunub.

Forum

XS
SM
MD
LG