Accessibility links

Rusiyanın Ukraynaya hücumu nəticəsində azı 29 nəfər yaralanıb


Ukrayna ordusu və yerli hakimiyyət orqanları bildiribr ki, Rusiya gecə boyu Ukraynanın şimal və şərqini hədəf alan bir neçə raket və pilotsuz təyyarələr atıb, nəticədə azı 29 nəfər yaralanıb.

Ukrayna Hərbi Hava Qüvvələri Telegram-da bildirib ki, hücum Ukraynanın cəbhə bölgəsi olan Çerniqov, Sumi, Xarkiv və Donetsk bölgələrini hədəf alıb.

Rusiya Ukrayna ilə sərhəd rayonlarına zərbələr endirib.

Kyiv deyib ki, bu ayın əvvəlində Rusiyanın Kursk bölgəsinə qəfil müdaxiləsi Moskvanın bu kimi hücumlar təşkil etməsinə mane olmaq məqsədi daşıyır.

“Raketlərin əksəriyyəti hədəflərinə çatmayıb” deyən hava qüvvələri Rusiyanın “İsgəndər-M” ballistik raketi, “İsgəndər-K” qanadlı raketi və altı idarə olunan hava raketi atdığını bildirib. Nə qədər raketin məhv edildiyi barədə məlumat verilməyib.

Yerli hakimiyyət orqanları Telegram-da bildiriblər ki, ölkənin şimalındakı Sumi bölgəsinə raket hücumu nəticəsində bir nəfər ölüb, üçü uşaq da daxil olmaqla, ən azı 16 nəfər yaralanıb.

Şərqdəki Xarkiv vilayətinin qubernatoru Oleh Sinehubov Telegram-da yazıb ki, Rusiyanın hücumları nəticəsində azı 13 nəfər, o cümlədən 4 yaşlı uşaq yaralanıb.

Xarkov şəhərinin meri İqor Terexov bildirib ki, şəhərdə qaz kəməri zədələnib, azı iki ev dağılıb, 10 evə ziyan dəyib.

Hərbi Hava Qüvvələri bildirib ki, Rusiya 9 hücum pilotsuz aparatını işə salıb, Ukraynanın hava hücumundan müdafiə sistemləri onlardan səkkizini Ukraynanın Nikolayev vilayəti üzərində məhv edib.

Reuters xəbərləri müstəqil şəkildə yoxlaya bilməyib. Rusiyadan hələ şərh verilməyib. Hər iki tərəf Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı işğalı ilə başladığı müharibədə mülki əhalinin hədəf alındığını inkar edir.

Forum

XS
SM
MD
LG