ABŞ-da prezident seçkiləri çox güman ki, yeddi mühüm ştatdakı nəticələrdən asılı olacaq, yəni namizədlər bu ştatlarda daha çox vaxt və resurslar sərf edəcək.
Seçkiqabağı kampaniyasından bir həftəsonu uzaq qalan keçmiş Respublikaçı prezident Donald Tramp və onun Demokratik rəqibi, vitse-prezident Kamala Harris bu həftə bəzi əsas ştatlara səfər edəcək.
Tramp bazar ertəsi Detroytda Milli Qvardiya Assosiasiyasının üzvləri qarşısında çıxış etməyə hazırlaşır. Bu, onun 2016-cı ildə uğurlu prezidentlik kampaniyası zamanı qələbə qazandığı Miçiqana bu il yeddinci səfəri olacaq. Lakin o, 2020-ci ildə prezident Co Baydenlə mübarizədə ştatı itirmişdi.
Trampın namizəd yoldaşı, Ohayo ştatından senator J.D.Vans çərşənbə axşamı Miçiqan ştatının Big Rapids şəhərində mitinq təşkil edəcək.
Tramp ABŞ iqtisadiyyatı, istehlak qiymətlərinin inflyasiyası və istehsal haqqında danışmağı planlaşdırdığı Pottervill polad zavodunda çıxış etmək üçün cümə axşamı ştata qayıdır. Tramp daha sonra La Kross şəhərində seçicilərlə görüşmək üçün qonşu Viskonsin ştatına gedəcək. Cümə günü Tramp Azadlıq naminə analar adlı mühafizəkar qrupla görüşmək üçün Vaşinqtona getməzdən əvvəl Pensilvaniyanın şərqindəki Constaun şəhərində mitinq keçirməyi planlaşdırır.
Çərşənbə günündən başlayaraq, Harris və onun namizəd yoldaşı, Minnesota qubernatoru Tim Valz cümə axşamı gecəsi Harrisin Savannahdakı mitinqi ilə yekunlaşacaq mübahisəli Corciya ştatının bir neçə şəhərini avtobusla gəzəcəklər.
Bayden 2020-ci ildə ştatda az fərqlə Trampı məğlub etmişdi, 1992-ci ildən bəri ilk dəfə Demokratlardan prezidentliyə namizəd ştatı qazanmışdı.
Bu, Harrisin bu il Gorciya ştatına yeddinci, Savannaya ikinci səfəridir.
Keçən həftə Demokratların Milli Qurultayından əvvəl də milli sorğular Harrisin Trampı qabaqladığını göstərib və o, qurultaydan sonra bəlkə də müvəqqəti, dorğularda qalib gələ bilər.
Sorğu təşkilatçıları deyirlər ki, o, hazırda ölkə daxilində Trampı 2 və ya 3 faiz qabaqlayır.
Lakin Harris Tramp və onların seçki yoldaşlarının bu həftə təbliğat apardıqları dörd ştat, eləcə də orta Atlantik Şimali Karolina ştatı və ABŞ-ın qərbindəki Arizona və Nevada ştatlarının əhəmiyyətini qiymətləndirməmək olmaz.
Yeddi mühüm ştat çox güman ki, noyabrın 5-də keçiriləcək seçki gününə qədər prezidentliyə və vitse-prezidentliyə namizədlərin hamısının yarışlarında üstünlük təşkil edəcək. Bəzi ştatlarda erkən səsvermə sentyabrın son iki həftəsində başlayır.
Birləşmiş Ştatlar öz prezidentini və vitse-prezidentini xalq səsverməsi ilə seçmədiyi üçün qızğın rəqabətli ştatlar seçki nəticələrinin müəyyən edilməsində böyük rol oynayır. Bunun əvəzinə, seçki 50 ştatdan ibarət bir yarışmadır ki, burada iki ştatdan başqa bütün ştatlarda Seçici Kollegiyasının üzvləri bütün səslərini ya Harris-Valz, ya da Tramp-Vansa verəcək.
Seçki Kollegiyasının səsləri əhali sayına əsaslanır, buna görə də ən çox əhalisi olan ştatlar çox böyük təsirə malikdir.
Forum