Accessibility links

Ukrayna Rusiyanın son hücumlarda istifadə etdiyi 74 drondan 60-nı vurduğunu bildirib


Ukrayna ordusu cümə axşamı bildirib ki, Rusiya gecə 74 dron və 3 idarə olunan raketlə hücum edib. Ukraynanın hava hücumlarından müdafiə qüvvələri dronlardan 60-nı vurub.

Ordu bildirib ki, insidentlər Çerkası, Dnipropetrovsk, Donetsk, Xarkiv, Xerson, Kirovohrad, Kyiv, Poltava və Sumı bölgərləri üzərində baş verib.

Kyivdə rəsmilər deyib ki, Ukrayna paytaxtına son dörd gündə dördüncü dəfə hücum olub. Şəhərin hərbi administrasiyasının başçısı Serhiy Popko Telegramda deyib ki, demək olar altı saat boyunca hava sirenaları səslənib, və dronlardan heç biri hədəflərini vura bilməyib.

Popko vurulan dronlardan düşən qalıqların Kyivdə üç rayonda yaşayış binasına tuş gəldiyini deyib, amma xəsarət alanın olmadığını bildirib.

Ukraynanın Dnipropetrovsk regionunun qubernatoru Serhiy Lısak deyib ki, hava hücumun müdafiə sistemləri Rusiyanın beş dronunu vurub. O həmçinin deyib ki, Rusiya regiona artilleriya ilə hücum edib və nəticədə poçt idarəsi, kafedral və elektrik xətlərinə ziyan dəyib.

Ukrayna xarici işlər naziri Dmitro Kuleba cümə axşamı Brüsseldə Aİ xarici işlər nazirlərinin görüşündən öncə müxbirlərə deyib ki, Ukrayna Ukraynanı silahlarla təmin edən müttəfiqlərini həmin silahlardan Ukrayna qüvvələrinə Rusiya daxilində “legitim hərbi hədəfləri” vurmaq üçün istifadə etməyə icazə vermələrini istəyir.

Kuleba deyib ki, Ukraynanın əsas məqsədi Rusiyanın Ukrayna qüvvələri və infrastrukturuna hücum etmək məqsədilə bombardmançılar göndərmək üçün istifadə etdiyi aerodromlara zərbə endirməkdir.

“Əgər bizə kifayət qədər raket verilsə, əgər bizə vurmağa icazə verilsə, biz Rusiyanın bizim kritik infrastrukturumuza ziyan vurmaq imkanlarını əhəmiyyətli dərəcədə azaldacağıq və yerdəki qüvvələrimiz üçün vəziyyəti yaxşılaşdıracağıq,” Kuleba deyib.

Kuleba həmçinin müttəfiqləri onların hərbi yardımı vəd etdiyi vaxtla bu yardımın Ukrayna qüvvələrinə çatdırıldığı vaxt arasındakı zamanı qısaltmağa çağırır, çünki onun “həddindən artıq uzun” olduğunu deyir.

Avropa İttifaqının xarici siyasət rəhbəri Cozep Borrell müxbirlərə deyib ki, o, üzv ölkələri vədlərini yerinə yetirməyə və Ukraynaya dəstəyi artırmağa çalışmağa çağıracaq.

“Aydındır ki, yaxşı təchiz edilmiş Ukrayna qoşunları təkcə özünü müdafiə etməklə deyil, həm də işğalı dəf etməklə müharibənin gedişatını dəyişə bilər”, Borrell deyib.

Rusiyanın Müdafiə Nazirliyi cümə axşamı Ukraynanın altı dronunu vurduğunu bildirib. Dronlar Belqorod və Bryansk regionları və Rusiyanın işğal etdiyi Krım yarımadasının üzərində vurulub.

Nazirlik həmçinin bildirib ki, onlar Krıma doğru yönələn dəniz dronları tərəfindən hücum cəhdinin qarşısını alıb.

Forum

XS
SM
MD
LG