Accessibility links

ABŞ-Meksika sərhədində həbslərin cüzi artımı proqnozlaşdırılır; ötən beş ayda həbslər azalan xətlə gedib


ABŞ sərhəd patrul agenti Pete Bidegain ABŞ-Meksika sərhədini müşahidə edir. Nogales, Arizona ştatı, ABŞ. 25 iyun, 2024. (AP Foto/Jae C. Hong, Pool)
ABŞ sərhəd patrul agenti Pete Bidegain ABŞ-Meksika sərhədini müşahidə edir. Nogales, Arizona ştatı, ABŞ. 25 iyun, 2024. (AP Foto/Jae C. Hong, Pool)

Meksikadan ABŞ-a qeyri-qanuni keçənlərin həbslərinin avqust ayında iyul ayına nisbətən artacağı güman edilir. Bu, ötən beş ayda həbslərin azalması tendensiyasına son qoymuş ola bilər.

Rəsmilər ötən cümə axşamınadək həbslərin ümumi sayının 54,000 olduğunu bildirirlər ki, şənbə gününədək bu rəqəmin 58,000 olacağı təxmin edilir.

Dekabrda həbs olunanların sayı 250,000-ə çatmışdı.

ABŞ rəsmiləri həbslərin sayında azalmanı Meksika hökumətinin sərhəddə daha sərt nəzarət tətbiq etməsi ilə əlaqələndirir.

Sərhədi qeyri-qanuni keçənlərin saxlanması üzrə statistika ABŞ Prezidenti Co Baydenin siyasi sığınacaq müraciətlərini dondurmasından sonra yarıya enmişdi.

İyul ayındakı həbslərin sayı 56,408 təşkil edirdi ki, bu da son 46 ayda ən aşağı göstəricidir.

Son rəqəmlərlə bağlı sorğunu cavablandıran Milli Təhlükəsizlik Naziri Alehandro Mayorkas Konqresi sərhədə nəzarəti gücləndirməyi hədəfləyən, lakin ilk cəhddə iflasa uğramış qanun layihəsini dəstəkləməyə çağırıb.

Respublikaçılar, o cümlədən sabiq prezident və Respublikaçılar Partiyasının prezidentliyə hazırkı namizədi Donald Tramp həmin qanunu qüsurlu adlandırmışdı.

“Bayden-Harris administrasiyasının götürdüyü ölçülər, əməkdaşlarımızın fədakar əməyi, region və dünya üzrə tərəfdaşlarımızın göstərdiyi səylər sayəsində biz 2020-ci il sentyabrından bəri cənub-qərbi sərhədlərimizdə ən aşağı sayda insidentlər görməkdə davam edirik,” Mayorkas şənbə günü bildirib.

Forum

XS
SM
MD
LG