Bayden administrasiyası avqustun 1-də başlayacaq Çin istehsalı elektrik avtomobillər, batareyalar, yarımkeçiriciləi və günəş batareyaları üçün kəskin tarif artımları ilə bağlı yekun qərarlar barədə elanı təxirə salıb.
ABŞ ticarət nümayəndəsi şənbə günü Çin istehsalı mallarla bağlı "təklif edilən dəyişikliklərə dair yekun qərarın hazırlanmasının davam etdirildiyini" bildirib.
Birləşmiş Ştatlar hazırda Çin istehsalı elektrikli avtomobillərə 100%, yarımkeçiricilərə və günəş batareyalarına 50%, litium-ion batareyaları, polad, alüminium və gəmi kimi strateji mallara 25% tarif tətbiq etməyi planlaşdırır.
Vaşinqton Çinin tədarük zəncirləri və qlobal yaşıl keçid üçün kritik olan bəzi sənayelərin böyüməsini sürətləndirmək üçün ədalətsiz iş təcrübələrindən istifadə etdiyinə dair fikirlərlə yanaşı, Çindən asılılığını azaltmağa çalışdığı üçün tarifləri tətbiq edir.
Keçən avqust ayında Aİ Çin istehsalı elektrikli avtomobillər üçün müvəqqəti tarif artımını 37,6%-ə, bir neçə həftə sonra isə 36,3%-ə endirib. Kanada keçən həftə Çin istehsalı elektrikli avtomobillərə 100% tarif elan edən ABŞ-ın izi ilə gedəcəyini bildirib.
Forum