Accessibility links

Tramp və Harris debat səhnəsində bir-birini tənqid etdi


Tramp və Harris debat səhnəsində bir-birini tənqid etdi
please wait

No media source currently available

0:00 0:02:48 0:00

ABŞ-da Respublikaçılar partiyasının prezidentliyə namizədi Donald Tramp və onun Demokratlar partiyasından rəqibi Kamala Harris çərşənbə axşamı abort, immiqrasiya və xarici siyasət kimi mövzularda mübahisə etdi.

Tamaşaçısız bir otaqda bir-birindən iki metr aralıda dayanan və çərşənbə axşamına qədər daha öncə heç görüşməyən prezidentliyə iki namizəd ABC News kanalının ev sahibliyi etdiyi və on milyonlarla amerikalının izlədiyi güman edilən debatda ilk dəfə bir araya gəldi.

Vitse-prezident Kamala Harris seçicilərə müraciət etdiyi qədər, sabiq Prezient Donald Trampın hücumlarına da cavab verərək, Prezident Co Baydenin namizədliyini geri çəkməsindən sonra öz xəttini ortaya qoydu.

“Aydındır ki, mən Co Bayden deyiləm və əlbəttə ki, Donald Tramp da deyiləm. Mənim təklif etdiyim şey ölkəmiz üçün yeni nəsil rəhbərlikdir. Mümkün olana inanan, həmişə Amerika xalqını aşağılamaq yerinə, edə biləcəklərimizə dair nikbinlik hissi gətirən rəhbərlik,” o dedi.

Tramp Birləşmiş Ştatlara qanunsuz miqrasiyadakı artıma görə marksist adlandırdığı Harrisi günadlandırdı.

“Onlar ölkəmizin quruluşunu məhv ediblər. Milyonlarla insan ölkəyə buraxılıb,” o dedi.

Tramp həmçinin sübut irəli sürmədən, Harrisi Rusiyanın Ukraynaya müdaxiləsinə və Qəzzadakı müharibəyə görə günahlandırdı.

“O, İsrailə nifrət edir. Eyni zamanda isə o, özünəməxsus formada ərəb əhaliyə nə nifrət edir, çünki bütün ərazi darmadağın olacaq- ərəblər, yəhudilər, İsrail. İsrail yox olacaq,” Tramp dedi.

Bu, Trampın debat səhnəsində yeddinci çıxışı idi. Harris isə ilk dəfə idi ki, prezidentliyə namizəd qismində debatda iştirak edirdi. O dedi ki, Respublikaçı namizəd Ağ Evə qayıtmağa yararsızdır və Trampın heyran olduğu avtokratlar istisna olmaqla, dünya liderləri arasında da buna dair konsensus var.

“Sən demokratiyaya əhəmiyyət vermək əvəzinə diktatorlara pərəstiş edirsən,” Kamala Harris dedi.

Debatın keçirildiyi zalın qarşısında toplaşan Trampın təmsilçiləri, o cümlədən Floridadan Respublikaçı konqresmen Bayron Donalds dedi ki, Harris prezident olaraq nə edəcəyini ifadə edə bilmədi.

“Kamala Harrisin etdiyi yeganə şey ona hücum etmək oldu. O siyasət haqda danışmadı. O, özü ilə Bayden administrasiyası arasındakı fərqlərdən bəhs etmədi. Əfqanıstan məsələsi gələndə, nə dedi? Heç nə,” Donalds söylədi.

Debatdan öncə rəy sorğularında iştirak edən seçicilərin təxminən üçdə biri Trampı tanıdıqlarını, amma Harrislə bağlı daha çox şey öyrənməyə ehtiyaclarının olduğunu bildirib.

Kaliforniyanın Demokratlar Partiyasından olan konqresmeni Ted Lyonun fikrincə debat iki namizəd arasındakı açıq-aydın ziddiyyətləri üzə çıxardı.

“Kamala Harrisdə prezidentlik keyfiyyəti var idi. Donald Tramp isə qəribə və tutarsız idi,” o bildirdi.

Bu, mümkündür ki, Tramp və Harris üçün seçki günündən öncə Birləşmiş Ştatların növbəti prezidentinin kimin olacağını müəyyən edəcəyi gözlənilən yeddi mühüm ştatda hələ də qərarsız olan seçiciləri cəlb etmək üçün ən böyük fürsət idi.

Forum

XS
SM
MD
LG