ABŞ-ın yüksək səviyyəli rəsmisi deyib ki, İran İsrailə qarşı “yaxın zamanda” ballistik raket hücumu etməyə hazırlaşır.
Məsələni müzakirə etmək üçün adının çəkilməsini istəməyən rəsmi İran tərəfindən belə bir hücumun baş verəcəyi təqdirdə “ağır nəticələr” barədə xəbərdarlıq edib.
İsrailin keçən həftə hava hücumunda Hizbullah lideri Həsən Nasrallahın öldürülməsindən sonra bölgədə gərginlik artıb. İsrail zərbəsi nəticəsində Nasrallah və digər Hizbullah liderləri ilə yanaşı İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandir müavini öldürülüb.
İran Nasrallahın ölümünün “cavabsız qalmayacağını” bildirib.
Bu arada, İsrail hərbi qüvvələri Livanın cənubunda ağır döyüşlərin getdyini bildirirlər. Bu məlumat İsrail ordusunun Hizbullah militantlarına qarşı döyüşmək üçün Livana daxil olduqlarından sonra yayılıb.
İsrail hərbi rəsmiləri sərhədin keçilməsini “məhdud, lokallaşdırılmış və hədəfli əməliyyat” kimi təsvir edib.
Rəsmilər əlavə edibər ki, əməliyyatlar İsrailin şimalında təhlükəsizlik təmin olunanadək davam etdiriləcək.
İsrail ordusunun sözçüsü Daniel Haqari deyib ki, Hizbullah İsrail ərazisinə girməyi planlaşdırırdı.
“Əgər Livan dövləti və dünya Hizbullahı sərhədlərimizdən kənara itələyə bilmirsə, onda bunu bizim özümüzün etməyimizdən başqa seçim qalmır,” Haqari video bəyanatda bildirib.
İsrail həbrçiləri Livanın cənubunda 20-dən çox kəndin sakinlərinə ərazini ölkənin dərinliklərinə doğru 50 kilometrədək evakuasiya etməyə çağırıb.
"Siz dərhal Əl-Avali çayından şimala köçməlisiniz. Həyatlarınızı xilas edin və evlərinizdən evakuasiya olunun," İsrail Müdafiə Qüvvələrinin ərəbdilli sözçüsü Aviçay Adrae X platformasında bildirib.
Əl-Avali çayı İsrailin sakinlərinin evakuasiya olunmasını istədiyi kəndlərdən təqribən 50 kilometr şimalda yerləşir.
Forum