Accessibility links

İsrail: Bu hücumun fəsadları olacaq


İsrail Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi Aşkelon səmasında.
İsrail Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi Aşkelon səmasında.

İsrail İranın irimiqyaslı raket hücumuna cavab vermək əzmindədir. Bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü bildirib.

"Bu hücumun fəsadları olacaq," admiral Daniel Haqari açıqlamada bəyan edib. "Bizim planlarımız var və biz qərar verdiyimiz vaxtda və yerdə əməliyyat keçirəcəyik."

İsrail hərbçiləri İranın İsrailə 180 raket atdığını təxmin edirlər.

"Hazırkı anda bizim təxminlərimizə əsasən 180 mərmi atılıb," İsrail sözçüsü CNN telekanalına bildirib. "Lakin bu yekun rəqəm deyil və ilkin təxmindir."

Ötən dəqiqələrdə Haqari İrandan qaynaqlanan əlavə təhlükələrin müəyyən olunmadığını bildirib.

O, vətəndaşların sığınacaqları tərk edə biləcəklərini deyib və onları hərbi komandanlığın tövsiyələrinə əməl etməyə, sayıq olmağa çağırıb.

İranın raket hücumları nəticəsində xəsarət alanların olub-olmadığı hələlik bəlli deyil.

Forum

XS
SM
MD
LG