Accessibility links

Aİ hibrid hücumlara cavab olaraq Rusiyaya sanksiyalar tətbiq edəcək


Çərşənbə günü Avropa İttifaqı bütün Avropada bir sıra hibrid və digər pozucu hücumlarına cavab olaraq Rusiyaya qarşı sanksiyaların tətbiqi istiqamətində addım atıb.

Aİ-nin cavab tədbirləri ilə bağlı xəbərlər diplomatik dairələrdən verilib. Aİ və NATO Moskvanı Qərb ölkələrində vəziyyətin sabitliyini pozmağa yönəlmiş bir sıra insidentlər təşkil etməkdə ittiham edir.

Almaniya, Latviya, Litva, Polşa və Estoniya da daxil olmaqla, Aİ ölkələrinin səlahiyyətliləri Moskvanın son aylarda təşkil etdiyi yanğın hücumları da daxil olmaqla, oxşar hadisələrlə əlaqəli planların aşkar edildiyini bildirib.

Aİ-nin 27 ölkəsinin səfirləri Brüsseldə keçirilən iclasda viza qadağalarının tətbiqi və terror aktlarına görə məsuliyyət daşıyanların aktivlərinin dondurulması üçün yeni hüquqi bazanın yaradılmasını təsdiqləyib.

"Mətn gələn həftə rəsmi olaraq imzalandıqdan sonra Aİ Rusiyanın konkret agent və ya təşkilatlarının adlarını qara siyahıya sala biləcək", diplomatlar bildiriblər.

Avropa rəsmiləri Rusiyanın hərəkətlərinin qismən Avropanın Ukraynaya dəstəyini sarsıtmağa yönəldiyini vurğulayıb.

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri Avropa İttifaqı Rusiyaya qarşı Kremlin hərbi maşınının işini çətinləşdirmək üçün nəzərdə tutulmuş 14 görünməmiş sanksiya paketi tətbiq edib. Moskvanın zərərli fəaliyyətini dayandırmaq üçün bəzi Aİ ölkələri, xüsusən də Çexiya rus diplomatlarının blok daxilində sərbəst hərəkətinin qarşısını almaq üçün tədbirlər görməyə çalışır. Hələlik bu addım Avropa İttifaqından ümumi dəstək almayıb.

Forum

XS
SM
MD
LG