Accessibility links

Ukrayna və Rusiya bir-birinə çox sayda dronla hücum edib


Ukrayna və Rusiya orduları cümə axşamı gecə həyata keçirilən hücumlarda istifadə olunan çox sayda dronu vurduğunu bildirib. Hər iki tərəf hücumlarında bir neçə regionu hədəf alıb.

Ukrayna hava qüvvələri bildirib ki, Ukraynanın hava hücumundan müdafiə sistemləri Rusiyanın 105 dronundan 78-ni vurub.

Dronlar Çerkası, Çernihiv, Dnipropetrovsk, İvano-Frankivsk, Xarkiv, Xerson, Xmelnitski, Kirovohrad, Kyiv, Odesa, Poltava, Rivne, Sumı, Vinnitsia və Jitomır bölgələri üzərində vurulub.

Dnipropetrovsk qubernatoru Serhiy Lısak deyib ki, Nikopol şəhərinə dron hücumu nəticəsində üç nəfər yaralanıb, bir ev və qaz kəmərinə ziyan dəyib.

Odesada rəsmilər deyib ki, hücumlar elektrik xətlərinə ziyan vurub, minlərlə insanın elektriksiz qalmasına səbəb olub.

Kyiv Şəhərinin Hərbi Administrasiyasının rəhbəri Serhiy Popko Telegramda deyib ki, Rusiya dronları paytaxta doğru istiqamət aldığı bir vaxt hava hücumu xəbərdarlığı sistemi beş saatdan çox aktiv olub. Popko deyib ki, hücumlar heç bir ziyana səbəb olmayıb.

Kirovohrad qubernatoru bildirib ki, yaşayış binasına ziyan dəyib. Poltava qubernatoru isə düşən dron qalıqlarının altı kommersiya binasına zərər vurduğunu bildirib.

Rusiya ordusu Donetskdə sursat anbarını dağıtdığını bildirib.

Rusiya Müdafiə Nazirliyi deyib ki, Ukraynanın 113 dronunu vurub, onların yarısından çoxu Ukrayna ilə sərhədi bölüşən Belqorod regionu üzərində məhv edilib.

Belqorodun qubernatoru Vyaçeslav Qladkov Telegramda bildirib ki, hücumlar nəticəsində bir nəfər yaralanıb, bir neçə evə ziyan dəyib.

Rusiyanın hava hücumundan müdafiə sistemləri həmçinin Bryansk, Kursk və Voronej bölgələri üzərində dronlar vurub.

Ukrayna bildirib ki, Rusiyanın Ukrayna raketlərini aşkar etmək və ələ keçirmək qabiliyyətini azaltmaq məqsədilə etdiyi hücumda Rusiyadakı radar stansiyasını vurmaq üçün balistik raketdən istifadə edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG