Accessibility links

Kyiv Rusiyanın müharibə başlayandan bəri 93 ukraynalı əsiri edam etdiyini bildirir


Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı hərbi cinayətlərin araşdırılması ilə məşğul olan hüquq-mühafizə orqanı rəsmisinin məlumatına görə, Ukrayna 93 ukraynalı hərbi əsirin edam edilməsi ilə bağlı sübutları sənədləşdirib.

Baş Prokurorluğun silahlı münaqişələrdə törədilmiş cinayətlərin araşdırılması üzrə idarəsinin rəisi Yuri Belousov son rəqəmləri oktyabrın 4-də televiziyada canlı yayımda çıxışı zamanı açıqlayıb.

“İndi bizdə döyüş meydanında edam edilən 93 əsgərimizin ölümü ilə bağlı məlumat var,” Belousov deyib.

O bildirib ki, edamların təxminən 80 faizi bu il qeydə alınıb, ancaq onların sayı noyabr ayında “rus hərbçilərinin bizim hərbi əsirlərə münasibətində pisə doğru dəyişikliklərin baş verdiyi zaman” artmağa başlayıb.

Oktyabrın 1-də Baş Prokurorluq 2022-ci ilin fevralında Moskvanın genişmiqyaslı hərbi müdaxiləsi başlayandan bəri ukraynalı hərbi əsirlərin rus qoşunları tərəfindən “ən böyük kütləvi edamı” kimi xarakterizə etdiyi hadisə ilə bağlı təhqiqata başladığını elan edib.

Baş Prokurorluğun Telegram kanalında paylaşdığı rəsmi bəyanata əsasən, Rusiya qüvvələri bu yaxınlarda Donetsk bölgəsinin Pokrovks rayonunda Mikolayivka və Suxıy Yar kəndləri yaxınlığında 16 ukraynalı “hərbi əsiri öldürüb.”

Müxtəlif Telegram kanallarında paylaşılan videolarda rus qoşunları tərəfindən yeni əsir götürülən Ukrayna əsgərlərinin meşəlik ərazidən çıxdığı görünür.

Onlar sıraya düzüləndən sonra, Rusiya qüvvələrinin atəş açdığı göstərilir. Daha sonra videoda rus əsgərlərin yaralılara yaxınlaşıb, onlara yenidən yaxın məsafədən pulemyotlarla atəş açdıqları göstərilir.

Videolar müstəqil şəkildə yoxlanılmayıb.

Beynəlxalq humanitar qanuna əsasən, təslim olan əsgərləri öldürmək müharibə cinayəti hesab olunur.

Ukraynanın İnsan Hüquqları üzrə Komissarı Dmitro Lubinets deyib ki, o, bu, ölüm halları ilə bağlı həm BMT-yə, həm də Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edərək, hərbi əsirlərə qarşı rəftarı tənzimləyən Cenevrə Konvensiyalarının pozulduğunu qeyd edib.

Mart ayında BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyası 2023-cü ilin dekabrından 2024-cü ilin fevralına qədər 12 ayrı iş üzrə ən azı 32 ukraynalı hərbi əsirin edam edildiyini qeyd edən hesabat dərc edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG