Accessibility links

Ukrayna hava hücumundan müdafiə qüvvələri Rusiyanın 18 dronunu vurub


Ukrayna ordusu çərşənbə axşamı bildirib ki, Rusiyanın gecə Ukraynanın mərkəzi və cənubunu hədəf alan hücumlarında istifadə etdiyi 19 drondan 18-ni vurub.

Ukraynanın hava hücumundan müdafiə sistemləri dronları Dnipropetrovsk, Mikolaiv, Odesa, Ternopil and Vinnitsia regionları üzərində vurub.

Ukrayna hava qüvvələrinin bildirdiyinə görə, Rusiya həmçinin işğal altında olan Krım yarımadasından iki balistik raket atıb.

Odesanın qubernatoru Oleh Kiper Telegram-da deyib ki, onun bölgəsinə hücum dörd saat boyunca davam edib. Onun məlumatına görə, dron hücumları Çornormorsk şəhərində yaşayış binasının üç mərtəbəsində, habelə Odesa rayonunda inzibati binada yanğına səbəb olub.

Rusiya Müdafiə Nazirliyi çərşənbə axşamı bildirib ki,Rusiya-Ukrayna sərhədində yerləşən Belqorod bölgəsi üzərində Ukraynaya məxsus 14 dronu, Qara dəniz üzərində isə iki dronu vurub.

Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı bildirib ki, Rusiyanın havadan zərbələrindən qorunmaq üçün ölkəsinin hava hücumundan müdafiə sistemlərini gücləndirməyə ehtiyac var.

“Lazım olan silahlara sahib olan ölkələrin həyatları qorumaqda böyük rol oynaması vacibdir – bu, sistemləri anbarda saxlamaqla deyil, Patriot və başqaları kimi sistemlərin hıyatları qurtarmaq üçün aktiv şəkil istifadə olunmasını təmin etməklə olmalıdır,” Zelenski deyib.

Onun bu sözləri ABŞ-ın başçılıq etdiyi Ukrayna Müdafiə Əlaqəsi Qrupunun iclasından bir neçə gün öncəyə təsadüf edib. Qrup Rusiyanın 2022-ci ilin əvvəlində başlayan hərbi müdaxiləsindən bəri Ukrayna üçün dəfələrlə hərbi yardımın göndərilməsini koordinasiya edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG