Accessibility links

Putin Türkmənistanda İran prezidenti ilə görüşəcək


Rusiya prezidenti Vladimir Putin cümə günü Orta Asiya ölkəsi Türkmənistanda keçiriləcək forumda İran prezidenti Məsud Pezeşkianla görüşəcək.

Putinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, liderlər Aşqabadda türkmən şairinə həsr edilən tədbir çərçivəsində görüşəcəklər.

"Bu görüşün həm ikitərəfli məsələlərin müzakirəsi, həm də təbii ki, Yaxın Şərqdə kəskin şəkildə gərginləşmiş vəziyyətin müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edirr", Uşakov bildirib.

Mərkəzi Asiya ölkələrinin liderləri XVIII əsr şairi Maqtımqulu Piraqinin anadan olmasının 300 illiyini qeyd etmək üçün toplaşırlar.

Putinin tədbirdə iştirakı əvvəllər açıqlanmamışdı.

Rusiyanın Baş naziri Mixail Mişustin keçən həftə İrana səfər edərək Pezeşkian və birinci vitse-prezident Məhəmməd Rza Areflə danışıqlar aparıb. Danışıqlar İsrailin İranın dəstəklədiyi Hizbullahı hədəf alaraq Livanı intensiv şəkildə bombalaması və Rusiyanın bəzi vətəndaşlarını təxliyə etdiyi bir vaxta təsadüf edib.

Rusiya İranla yaxın münasibətlərə malikdir. Qərb hökumətləri Tehranı Moskvanı pilotsuz uçuş aparatları və raketlərlə təmin etməkdə ittiham edi. İran isə dəfələrlə bunu təkzib edib.

Pezeşkian BRİKS-in inkişaf etməkdə olan ölkələrin sammitində iştirak etmək üçün bu ay Rusiyaya səfəri zamanı Putinlə danışıqlar aparacaq.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG