Accessibility links

Almaniyanın xarici işlər naziri Kyivə səfəri zamanı Ukraynaya dəstək vəd edib


Almaniyanın xarici işlər naziri Annalena Baerbok Ukrayna liderləri ilə görüşmək üçün bazar ertəsi Kyivə səfər edib. O, səfəri zamanı ölkəsinin Ukraynaya dəstəyinə söz verib.

Baerbok bildirib ki, Kyivin növbəti qış mövsümünə hazırlaşdığı bir vaxtda Rusiyanın hava hücumları və Şimali Koreyanın hərbi dəstəyi ilə bağlı əlavə təhdidlər fonunda Ukraynanın dəstəyə ehtiyacı var.

"Biz insanlığımız və dəstəyimizlə bu vəhşiliyə qarşı çıxırıq ki, ukraynalılar nəinki qışdan sağ çıxa bilsinlər, həm də ölkələri ayaqda qala bilsin. Çünki onlar həm də Avropada bizim hamımızın azadlığını müdafiə edir" - deyə, Baerbok bildirib.

Bu arada Ukrayna ordusu bazar ertəsi ölkənin hava hücumundan müdafiə qüvvələrinin Rusiyanın gecə hücumlarında istifadə etdiyi 80 pilotsuz təyyarədən 50-ni vurduğunu bildirib.

Ukrayna Hərbi Hava Qüvvələri bildirib ki, dronlar Çerkassı, Çerniqov, Xerson, Kirovohrad, Kyiv, Nikolayiv, Odessa, Sumı və Jitomir vilayətləri üzərində vurulub.

Xarkov rəsmiləri Rusiyanın hava hücumları nəticəsində ən azı 13 nəfərin yaralandığını bildirib.

Kyivdə rəsmilər bildiriblər ki, vurulan pilotsuz təyyarələrin dağıntıları Ukraynanın paytaxtında bir neçə yanğına səbəb olub.

Forum

XS
SM
MD
LG