Accessibility links

Atəşkəs danışıqlarında irəliləyiş görən İsrail Rusiyanın yardım edə biləcəyini deyir


İsrail bazar ertəsi günü Livanda atəşkəs müzakirələrində irəliləyiş olduğunu bildirib və Rusiyanın Hezbollahın Suriyadan silahlanmasını dayandırmaqla rol oynaya biləcəyini göstərib, baxmayaraq ki, İranda dəstəklənən qrup yeni atəşkəs təklifləri almadıqlarını bildirib.

İsrailin hücumlarına məruz qalan Hezbullah dəstəkləyiciləri - Tehran, Vaşinqton və Moskva ilə diplomatik əlaqələrin aparıldığını qeyd edib, eyni zamanda, kifayət qədər silahları olduğunu deyərək, "uzun müharibəyə" hazır olduqlarını vurğulayıb.

İsrailin xarici işlər naziri Gideon Saar Hezbullah ilə müharibənin hələ başa çatmadığını bildirib. O, hər hansı bir atəşkəs razılaşmasını tətbiqində çətinlik olduğunu qeyd etsə də, müzakirələrdə "bəzi irəliləyişlər" olduğunu da deyib.

ABŞ-ın rəhbərlik etdiyi əvvəlki səmərəsiz diplomatik cəhdlərin ardından bu şərhlər Prezident Co Baydenin yanvarda vəzifədən ayrılmağa hazırlaşdığı bir vaxt məsələyə yenidən diqqət yönəldildiyini göstərir, Prezident seçilən Donald Trampın onu əvəz edəcəyi gözlənilir.
Qətərin vasitəçilik rolunu dayandırması ilə Gaza atəşkəsinin ümidləri isə geriləyib.

Qəzza müharibəsindən qaynaqlanan bu münaqişə İsrailin sentyabrın sonlarında geniş əraziləri hava zərbələri ilə vurmağa başladığına qədər bir ildən çoxdur ki, davam edirdi.

Saar mətbuat konfransında İsrailin atəşkəs üçün ABŞ-la işlədiyini deyib. İsrail Hezbullahın sərhədin 30 km-lik məsafəsində, Litani çayının şimalında yerləşməsini və yenidən silahlanma imkanından məhrum etmək istəyir.

Saar hər hansı bir razılaşma üçün əsas prinsipin Hezbullahın Suriyadan Livana silah gətirə bilməməsinin vacibliyini qeyd edərər, "Bu, Livandakı hər hansı bir razılaşmanın uğuru üçün vacibdir" deyib.
"Rusiya bildiyiniz kimi Suriyada mövcuddur. Əgər bu prinsiplə razılaşrsa, mən düşünürəm ki, bu məqsədə təsirli şəkildə töhfə verə bilər"- deyə, o əlavə edib.

Rusiya demək olar ki, on il əvvəl Prezident Bəşar əl-Əsədin orada olan vətəndaş müharibəsini dəstəkləmək üçün Suriyaya qüvvələr göndərib. Hezbullah da Əsədə kömək üçün döyüşçülər göndərib və İranın dəstəklədiyi qruplarla birgə böyük təsir əldə edib.

Suriya geniş şəkildə İranın Hezbullahı Livanda silahlandırması üçün əsas bir yol kimi görülür və İsrail münaqişə zamanı müntəzəm olaraq Suriyada hədəfləri vurur.

İsrailin hava zərbəsi bazar ertəsi günü Suriya'nın əsas Homs-Dəməşq şosesini müvəqqəti olaraq kəsdiyi bildirilib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG