ABŞ Prezidenti seçilən Donald Tramp Şimali Karolina qubernatoru Doq Burqumu Daxili İşlər Nazirliyinə rəhbər təyin edib. O həmçinin Ağ Evdə iki vəzifəyə təyinatlarını açıqlayıb.
Keçid komandası Burqumun təyinatını rəsmi olaraq cümə günü elan edib, baxmayaraq ki, Tramp bunu cümə axşamı Floridadakı iqamətgahı olan Mar-a-Laqoda şam yeməyində elan etmişdi.
Bundan əlavə Tramp cümə günü Burqumun həmçinin yeni yaranan və ABŞ-ın dünya boyu “enerji dominantlığını” elan etmək üçün təsis edilən Milli Enerji Şurasına rəhbərlik edəcəyini açıqlayıb.
Tramp açıqlamasında deyib ki, Burqum bu vəzifədə enerji hasilatı, istehsalı, paylanması, nizamlanması və nəqli və icazələrin verilməsi ilə məşğul olan hökumətin icraedici qolundakı bütün idarələri əhatə edən panelə rəhbərlik edəcək. Prezident seçilən Tramp Burqumun Milli Enerji Şurasının sədri olaraq Milli Təhlükəsizlik Şurasında da yer alacağını bildirib.
Burqum 2023-cü ildə qısa müddətliyinə Respublikaçılar Partiyasından prezidentliyə namizəd kimi Donald Trampa qarşı rəqabət aparmış, daha sonra isə namizədliyini geri çəkərək, ona dəstəyini elan etmişdi.
Tramp və Vansın keçid komandası Stiven Çunqun Ağ Evdə kommunikasiya direktoru vəzifəsinə təyin olunacağını elan edib. O, 2024-cü il prezident seçkisində Tramp-Vans kampaniyasında da eyni vəzifəni tutub və Trampın ilk vəzifə müddətində Ağ Evdə strateji cavab idarəsinin direktoru vəzifəsində xidmət göstərib.
Tramp cümə axşamı kampaniyasının mətbuat katibi Karolin Levitin onun Ağ Evdə mətbuat katibinin olacağını açıqlayıb. Levit Trampın bir öncəki vəzifə müddətində mətbuat katibinin müavini vəzifəsində çalışıb.
Tramp kabinetində əsas vəzifələrə bir sıra siyasi dəstəkçilərini təyin edib. Onlar onun dörd il vəzifədə olmadığı müddətdə açıq dəstəkçiləri olub və çoxunun qısa müddətdə Senat tərəfindən təsdiqlənəcəyi gözlənilir.
Həm ABŞ Nümayəndələr Palatası, həm də ABŞ Senatında çoxluğu qazanan Respublikaçılar yanvarın üçüncü həftəsində ABŞ hökumətinə tam nəzarəti ələ keçirəcəklər.
Bu yaxınlarda Nümayəndələr Palatasının yenidən seçilən spikeri Mayk Conson bu həftənin əvvəlində deyib ki, “Respublikaçıların Nümayəndələr Palatasında və Senatda mandatı var. Amerika xalqı bizdən Trampın irəli sürdüyü “Birinci Amerika” gündəmini həyata keçirməyimizi istəyir.”
Tramp ABŞ-ın yeni Konqresi işə başlayandan iki həftə sonra, yanvarın 20-də and içərək ölkənin 47-ci prezidenti olaraq vəzifəsinin icrasına başlayacaq.
Forum