Accessibility links

Pakistanda müxalifətin etiraz yürüşü ölümcül toqquşmalara çevrilib


Pakistanın həbsdə olan keçmiş baş naziri İmran Xanın tərəfdarları çərşənbə axşamı böyük etirazlar keçirib. Etirazçılar İslamabadın mərkəzinə daxil olmaq üçün barrikadaları aşaraq bir sıra tələblər irəli sürüb və Xanın azad edilməsinə çağırıb.

Polis etirazçıları dayandırmaq üçün gözyaşardıcı qazdan istifadə etsə də, bir neçə yüz mitinq iştikaçısı paytaxtın mərkəzi meydanına çata bilib.

Rəsmilər etirazçılarla toqquşmaların azı dörd hüquq-mühafizə orqanının əməkdaşının ölümü və çox sayda insanın yaralanmasına səbəb olduğunu bildirib.

Xanın Pakistan Təhrik-i-İnsaf (PTI) partiyası, tərəfdarlarının təhlükəsizlik qüvvələrinə hücumlarda iştirak etmədiyini bildirib. Əvəzində partiya polisi etirazçılara qarşı əsl güllə atmaqda və onlardan üçünü öldürməkdə, bir çoxunu isə yaralanmaqda ittiham edib.

Ölümcül zorakılıq minlərlə PTI tərəfdarı şəhərin məşhur meydanı olan D-Çovkda planlaşdırılan oturaq aksiya üçün gecə yarısı İslamabada gəldiyi zaman baş verib. Onlar tələbləri yerinə yetirilənə qədər meydanı tərk etməyəcəyini bildirir.

Xanın partiyasının idarə etdiyi şimal-qərb Hayber Paxtunxva əyalətinin baş naziri Əli Əmin Qandapur etriazın keçirildiyi meydana çatdıqdan az sonra PTI tərəfdarlarına müraciət edib.

"İmran Xan bizə əmr edənə qədər D-Çovkdan geri çəkilməyəcəyik. Gəlin dinc etiraz edək... Bu, bizim ölkəmizdir", o deyib.

Müxbirlər və şahidlər iddia edir ki, üç hüquq-mühafizə işçisi və bir etirazçı polis avtomobilinin PTI fəallarından və təhlükəsizlik qüvvələrindən ibarət bir kütlə ilə toqquşması nəticəsində ölüb, çünki polis qüvvələri gözyaşardıcı qaz bitdiyi üçün mitinqdən geri çəkilməyə çalışıb.

Lakin Pakistanın baş naziri Şehbaz Şərif və onun hökumətinin təhlükəsizlik rəsmiləri avtomobilin toqquşması ilə bağlı yayılan xəbərləri inkar edib və etirazçıları təhlükəsizlik qüvvələrini qəsdən hədəfə almaqda günahlandırıb.

"Bu, dinc etiraz deyil. Bu, ekstremizmdir" Şərifin ofisi ondan sitat gətirərək bildirib.

Etirazçılar mitinqi işıqlandıran xarici və yerli media nümayəndələrinə də hücum çəkib, onlardan ən azı biri yaralanıb.

PTI etiraz yürüşünə bazar günü başlayıb. Onlar Xanın və məhkəməsiz saxlanıldığı iddia edilən onlarla partiya üzvünün azad edilməsini tələb edir.
Müxalifət partiyası həmçinin Şərifin və onun koalisiya hökumətinin istefasını tələb edərək, onları hakimiyyətə gətirən fevral seçkilərinin saxtalaşdırıldığını iddia edir.

Son bir neçə gün ərzində Pakistan hakimiyyəti İslamabadda əsas yolları barrikadalarla bağlayıb, mobil internet xidmətlərini dayandırıb, məktəbləri bağlayıb və minlərlə təhlükəsizlik qüvvələrini əraziyə yerləşdirib. Hökümət həmçinin etiraz yürüşünün qarşısını almaq və ya ölçüsünü məhdudlaşdırmaq üçün ictimai mitinqləri qadağan edib və şəhərə gedən magistral yolları bağlayıb.

Birləşmiş Ştatlar bazar ertəsi Pakistanda ifadə və dinc toplaşma azadlığına dəstəyini bir daha təsdiqləyib.

Dövlət Departamentinin sözçüsü Metyu Miller Vaşinqtonda jurnalistlərə deyib ki, "Biz etirazçıları dinc nümayiş keçirməyə və zorakılıqdan çəkinməyə çağırırıq".

"Eyni zamanda, biz Pakistan hakimiyyətini insan hüquqlarına və əsas azadlıqlara hörmət etməyə, qanun və asayişi qoruduqları zaman Pakistan qanunlarına və konstitusiyasına hörməti təmin etməyə çağırırıq" deyə Miller əlavə edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG