ABŞ Prezidenti Co Bayden Konqresə Ukraynaya yardım üçün əlavə 24 milyard dollar ayrılması və artıq Kyivə təhvil verilən silahların müqabilində Amerika ordusunun silah ehtiyatlarının artırılması üçün gizli sorğu göndərib. Sənədi Politico əldə edib. İki mənbə onun həqiqiliyini təsdiqləyib.
Nəşrin məlumatına görə, 16 milyard dollardan Ukraynada olan Amerika silahlarının ehtiyatını artırmaq üçün istifadə olunacaq. Daha 8 milyard dolların Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsünə (USAI) ayrılması təklif edilir ki, bu proqram çərçivəsində Pentaqonun avadanlıq və silahları birbaşa anbarlarından təmin etmir, istehsalçılarla müqavilələr bağlayır.
Nəşr Konqresin hazırkı prezidentin bu tələbi ilə razılaşmaq şansını “cüzi” kimi qiymətləndirib.
Bayden daha əvvəl Kyivə Rusiyadakı hədəflərə qarşı uzaqmənzilli ATACMS raketlərindən istifadəyə, piyada əleyhinə minaların köçürülməsinə icazə vermiş və Ukraynanın 4,65 milyard dollarlıq borcunu silmək qərarına gəlmişdi.
Həmçinin Qazprombanka qarşı sanksiyalar tətbiq edilib. ABŞ-ın verdiyi məlumata görə, Rusiya bu bankdan müharibə üçün hərbi texnika almaq üçün istifadə edir.
Amerika mətbuatı yazır ki, Donald Tramp prezident seçkilərində qalib gəldikdən sonra Bayden administrasiyası Kiyevin mövqelərini və müdafiə qabiliyyətini gücləndirmək üçün Ukraynaya hərbi yardım göndərilməsini sürətləndirib.
Hakimiyyətdən gedən prezident və komandası qorxur ki, yeni administrasiya silah tədarükünü azaldacaq və bununla da Ukraynanı Rusiya ilə danışıqlara sövq edəcək.
Forum