Ukrayna və Rusiya həlak olmuş hərbçilərin cəsədlərinin növbəti mübadiləsini aparıb.
"Ukraynaya 502 həlak olmuş hərbçinin cəsədi qaytarılıb", bu barədə Hərbi Məhbuslarla İş üzrə Koordinasiya Ştabı məlumat yayıb.
Ştabda qeyd edilib ki, 397 hərbçi Donetsk, 24-ü Luhansk, 64-ü Zaporijye istiqamətində həlak olub, daha 17 cəsəd isə Rusiyanın ərazisindəki meyitxanalarda tapılıb.
"Ən qısa müddətdə ekspert təşkilatları ilə birlikdə həlak olmuşların şəxsiyyətləri müəyyən ediləcək" - deyə, bildirilib.
"Komсомольская pravda" qəzetinin əməkdaşı, özünü hərbi müxbir adlandıran Aleksandr Kots isə bildirib ki, Rusiyaya 48 həlak olmuş hərbçinin cəsədi verilib.
Sonuncu cəsəd mübadiləsi 8 noyabr tarixində baş tutub. O zaman Ukrayna 563 həlak olmuş hərbçinin, Rusiya isə 37 hərbçinin cəsədini alıb.
Forum