Elektrik maşın istehsalçıları Prezident Donald Trampın hakimiyyəti altında, xüsusilə də Tesla-nın baş icraçı direktoru İlon Maskın onun baş məsləşhətçilərin biri olması fonunda, bu sənayenin davamlı olaraq inkiaşf edəcəyinə ümid bəsləyir.
Donald Tramp seçki kampaniyasının əvvəlində, elektrik avtomobilləri dəstəklədiyinə görə Co Baydeni tənqid etmişdi.
“Düşünün – o, ABŞ-ın avtomobil sənayesinin ölümünə səbəb olacaq elektrik maşın mandatları vermək istəyir,” Tramp deyib.
Tramp seçki kampaniyasının son ayında eleketrik maşın şirkətinin baş icraçı direktoru İlon Maskdan böyük dəstək aldı.
“O, nəsillər boyu ilk dəfə Amerikanın ən böyük avtomobil şirkətini yaratdı. Və bizim amerikalı astronavtları kosmosa göndərə bilməyimizim yeganə səbəbi də onun raket şirkətdir. İlon, söz sənindir,” Prezidentliyə Respublikaçı namizəd Donald Tramp deyib.
“Gördüyünüz kimi mən təkcə MAGA deyiləm, tünd MAGA-yam,” Mask deyib.
Tramp qalib gələndən sonra Mask səmərəliliyin artırılmasına kömək etmək üçün onun yeni hökumətinə qoşulmağa razılaşıb.
Bundan əlavə seçki günündən bəri Maskın Tesla şirkətinin səhmlərinin qiyməti 25 faiz artıb və onun bazar dəyəri son iki ildə ilk dəfə 1 trilyon dolları aşıb.
Bəs elektrik maşın istehsalçıları Trampın Tesla şikərtinin rəhbərinin də daxil olduğu komandasından nə gözləyirlər? Şiv Sikand Los Ancelesdə keçirilən avtoşouda dörd mühərrikli, tam elektriklə işləyən Drako supermaşınını nümayiş etdirir.
“İlonun orada olduğunu, prezidentin də ondan məsləhət aldığını düşünmək çox həyəcanvericidir. Məncə bunun, təkcə elektik maşınlar deyil, Amerikanın, bütün sənayeləri üçün çox güclü təsiri olacaq. Bizim məqsədimiz daha rəqabətli olmaqdır, xüsusilə də xarici rəqabət təhlükəsi fonunda,” Drako-nun vitse-prezidenti Şiv Sikand deyir.
Trampın idxallara tariflər tətbiq etməyi vəd etməsi fonunda ABŞ-da istehsal olunan elektrik avtomobilləri daha rəqabətli ola bilər.
Cənubi Koreyanın avtomobil istehsalçısı Hyundai şirkətnin sözçüsü Mayls Conson deyir ki, şirkət IONIQ 9 elektrikli yük maşınını ABŞ-ın Corciya ştatında istehsal edəcək.
“IONIQ 9 orada istehsal olunacaq. Corciyada həmçinin iki müştərək şirkətin akkumulyator zavodu açılacaq, yəni akkumulyatorlar və avtomobillər ABŞ bazarında istehsal olunacaq. Yəni biz ABŞ bazarına sadiqik,” Hyundai şirkətinin sözçüsü Mayls Conson deyir.
Elektrik maşın istehsalçıları həmçinin Trampın elektrik maşın alıcıları üçün 7500 dollarlıq vergi kreditinə son qoya biləcəyini də nəzərə alırlar. AMPure şarj sistemləri şirkətindən Con Tomas deyir ki, bu, bazarın inkişaf etməsinin bir hissəsidir.
“Ümid edirəm ki, nəyisə həmişəlik təşviq etmirsiniz. Günün sonunda, ümid edirəm ki, təşviq bu sənayeyə təkan verəcək, daha sonra isə o yavaş-yavaş geri çəkiləcək. Məncə Avropada bunun belə olduğunu görmüşük,” AMPure şirkətinin gəlirlər üzrə baş direktoru Con Tomas deyir.
Avtomobillərlər bağlı məlumat kitabçası olan “Kelley Blue Book”-a əsasən, ötən il Birləşmiş Ştatlarda rekord 1.2 milyon elektrik maşın satılıb. Bu da ABŞ-da avtomobil bazarının 7 faizindən çoxunu təşkil edir.
Forum