Accessibility links

Suriyada üsyançılar Dəməşqin “azad edildiyini” bildirir

Suriyada üsyançı qüvvələr Dəməşqin “azad” olduğunu bəyan edərək Bəşar əl-Əsədin paytaxtdan qaçdığını bildirir.

“Biz Dəməşq şəhərini tiran Bəşar əl-Əsəddən azad elan edirik,” Hərbi Əməliyyatlar Komandanlığı Telegram postunda bildirib.

“Bütün dünyaya səpələnmiş qaçqınlarımıza deyirik ki, azad Suriya sizin qayıdışınızı gözləyir,” bəyanatda deyilir.

Göründüyü kimi Suriyada hakimiyyətin yıxılması Əsəd ailəsinin ölkədə 50 il sürən hökmranlığına son qoymuş olur.

Suriya baş naziri Məhəmməd Qazi Cəlali hökumətin müxalifətə "əl uzatmağa" və öz səlahiyyətlərini keçid hökumətinə təhvil verməyə hazır olduğunu bildirib.

Saatlar öncə üsyançılar paytaxtın şimalındakı bədnam Saydnaya hərbi həbsxanasına daxil olduqlarıpnı və buradakı məhbusların “azad edildiyini” elan ediblər.

Üsyançılar ələ keçirdikləri şəhərlərdə prezident Bəşar əl-Əsədin portertlərini və abidələrini dağıdırlar.
Üsyançılar ələ keçirdikləri şəhərlərdə prezident Bəşar əl-Əsədin portertlərini və abidələrini dağıdırlar.

Yüksək sürətlə hərəkət edən üsyançı birləşmələri şənbə günü mərkəzi Homs şəhərini ələ keçiriblər. Bu, Suriyanın üçüncü ən böyük şəhəri sayılır.

Hökumət mənbələri Suriya prezidenti Bəşar əl-Əsədin ölkədən qaçdığını inkar edib.

Lakin Reuters xəbər agentliyi iki yüksək rütbəli hərbçiyə istinad edərək Əsədin bazar günü Dəməşqdən naməlum istiqamətdə uçduğunu xəbər verib.

Şahidlər minlərlə adamın maşınlarda və piyada şəkildə paytaxtın əsas meydanına daxil olaraq "Azadlıq" hayqırdıqlarını bildirib.

Homsun itirilməsi Əsəd üçün ağır zərbə idi. Belə ki, o Dəməşqlə Suriyanın sahilyanı şəhərləri olan Latakia və Tartus arasında mühüm kəsişmə nöqtəsində yerləşir.

Tartus şəhəri Suriya liderinin əsas istehkamı və Rusiyanın hərbi dəniz donanmasının yerləşdiyi şəhərdir.

Forum

XS
SM
MD
LG