Accessibility links

Los-Ancelesdəki meşə yanğınlarının nəzarətdən çıxması nəticəsində minlərlə insan evakuasiya edilib


Kaliforniyada yanğınsöndürənlər Los-Anceles bölgəsində güclü küləklərlə artan şiddətli meşə yanğını ilə mübarizə aparır. Yanğınlar ağır ziyanlara, evakuasiyalara və yol bağlanmalarına səbəb olub.

Yanğın çərşənbə axşamı axşam Los-Ancelesin şimal-şərqindəki təbiət qoruğu yaxınlığında başladıqdan sonra sürətlə yayılıb. Yanğın sürətlə yaxınlıqda olan yaşlılar evinə yayılıb. Mərkəzin işçiləri əlil arabalarında və xəstəxana çarpayılarında olan onlarla sakinlərini təcili sürətdə təxliyə edib. Təcili yardım maşınları, avtobuslar və digər vasitələr onları təhlükəsiz yerə aparmaq üçün gələnə qədər sakinlər yataq paltarları ilə orada gözləməli olub.

Digər bir yanğın isə məşhur Pacific Palisades məhəlləsində evləri və avtomobilləri yandırıb. Sakinlər əşyalarını götürərək, piyada qaçmağa məcbur olub.

Palisades Drive-da yaranan tıxac təcili yardım maşınlarının keçməsinə mane olub. Əraziyə gətirilən buldozer vasitəsi ilə avtomobillər itələndikdən sonra təcili yardım və yanğınsöndürən maşınlar üçün cığır açılıb.

Üçüncü meşə yanğını isə yerli vaxtla saat 22:30 radələrində başlayıb. Los-Ancelesin ən şimal məhəlləsi olan San Fernando Vadisi icması olan Sylmarda təcili şəkildə təxliyə olunub. Baş verən hər üç yanğının səbəbləri araşdırılır.

Yanğınlar, xüsusilə ərazidə əsən Santa Ana küləkləri tərəfindən daha da qızışır. Küləklər gecə boyu daha da artaraq yanğınsöndürmə işlərini çətinləşdirib.

Los-Anceles Yanğınsöndürmə Departamenti ehtiyat yanğınsöndürən briqadalardan kömək istəyib. Külək səbəbindən yanğınlara havadan müdaxilə etmək mümkün olmayıb.

Yaranmış vəziyyət prezident Co Baydenin Riverside qraflığına səyahət planlarını ləğv etməsinə səbəb olub. O Los-Ancelesdə pəncərəsindən yanğının tüstüləri göründüyü otelində qalaraq yanğınlar haqqında məlumatlandırılıb.

Yanğınlar təxminən 30.000 insanın evakuasiya olunmasına səbəb olub. Ştat qubernatoru Qavin Nyusom fövqəladə vəziyyət elan edib və vəziyyətin daha da pisləşəcəyi barədə xəbərdarlıq edib.
Küləklər səbəbindən Los-Anceles bölgəsində 167.000-dən çox insanın elektrik enerjisi kəsilib.

Pacific Palisades-də baş verən yanğın təxminən 11,6 kvadrat kilometr ərazini əhatə edir. Yanğın evləri yandırıb və sakinləri qorxuya salıb. Film studiyaları və məktəblər işini dayandırıb.

Forum

XS
SM
MD
LG