Accessibility links

Ukrayna rəsmiləri Rusiyanın Kyivə zərbəsi nəticəsində 4 nəfərin həlak olduğunu deyir

Ukrayna rəsmiləri şənbə günü gecə saatlarında Rusiyanın paytaxt Kyivə etdiyi hücum nəticəsində azı dörd nəfərin həlak olduğunu bildiriblər.

Ukrayna paytaxtının hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko Telegramda verdiyi açıqlamada ölümlərin şəhərin Şevçenkovski rayonunda baş verdiyini bildirib. O qeyd edib ki, Dnipro çayının qərb sahilində yerləşən Holosiivski rayonu və əks sahildə yerləşən Desnyanski rayonu da düşən qalıqlardan zərər çəkib.

Kyiv meri Vitali Kliçko şəhər ətrafında hava hücumundan müdafiə sistemlərinin işə salındığını deyib.

Cümə günü Rusiyanın raket hücumu Ukraynanın cənub-mərkəzində yerləşən Kriviy Riq şəhərində azı dörd nəfərin ölümünə və 14 nəfərin yaralanmasına səbəb olub, Ukrayna Prezidenti Volodimir Zelenski gündəlik müraciətində bildirib.

“Bu cür hücumlar, bu cür itkilər, əgər bizim tərəfdaşlarla uzun müddətdir danışdığımız və dünyada mövcud olan bütün zəruri hava hücumundan müdafiə sistemlərini almış olsaydıq, baş verməzdi,” o deyib.

Daha əvvəl cümə günü, Kriviy Riqda doğulan Zelenski hücumu Telegramda qınayıb: “Hər bir belə terror hücumu kiminlə üzləşdiyimizi bir daha xatırladır. Rusiya özü dayanmayacaq – onu yalnız birgə təzyiq dayandıra bilər.”

Hücumun həmçinin bir təhsil müəssisəsinə və iki beşmərtəbəli binaya ziyan vurduğu qeyd olunub.

Amerikanın Səsi bu məlumatları müstəqil şəkildə təsdiqləyə bilməyib.

Eyni zamanda, cümə gecəsi Ukraynanın dron hücumu Rusiyanın Kaluga regionunda, sərhəddən təxminən 170 kilometr uzaqda yerləşən sənaye obyektində yanğına səbəb olub.

“Lyudinovoda dron hücumu nəticəsində sənaye müəssisəsinin ərazisində yanğın baş verib,” deyə bölgənin qubernatoru Vladislav Şapşa Telegramda yazıb.

Agence France-Presse bildirib ki, təsdiqlənməmiş videolar Rusiyanın qeyri-rəsmi sosial media platformalarında hücumun neft anbarını hədəf aldığını göstərib.

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp seçki kampaniyası Ukrayna müharibəsini bir gün ərzində dayandıra biləcəyini söyləyib, lakin bunu necə edəcəyini açıqlamayıb.

Trampın köməkçiləri isə yaxınlarda yeni planın administrasiyanın ilk 100 günü ərzində müharibəyə son qoymaq olduğunu bildiriblər.

Forum

XS
SM
MD
LG