Accessibility links

HƏMAS atəşkəs çərçivəsində son mübadilədə ilə 3 girovu azad etdi


2023-cü il oktyabrın 7-dən Qəzzada HƏMAS tərəfindən girovluqda olan israilli Ofer Kalderon, 1 fevral 2025-ci il tarixində Qəzza zolağının cənubundakı Xan Yunisdə Həmas döyüşçüləri tərəfindən Qırmızı Xaça təhvil verilməzdən əvvəl.
2023-cü il oktyabrın 7-dən Qəzzada HƏMAS tərəfindən girovluqda olan israilli Ofer Kalderon, 1 fevral 2025-ci il tarixində Qəzza zolağının cənubundakı Xan Yunisdə Həmas döyüşçüləri tərəfindən Qırmızı Xaça təhvil verilməzdən əvvəl.

HƏMAS şənbə günü üç israilli girovu azad etdi. Bu, İsrail ilə fələstinli silahlı qrup arasında münaqişəyə son qoymaq məqsədilə bağlanmış razılaşma çərçivəsində həyata keçirilən son mübadilələrdən biridir.

Fransa və İsrail vətəndaşları - 54 yaşlı Ofer Kalderon və 35 yaşlı Yarden Bibas Qəzzanın cənubundakı Xan Yunis şəhərində Qırmızı Xaça təhvil verildikdən sonra İsrailə qaytarılıb. 65 yaşlı ABŞ və İsrail vətəndaşı Kit Siqel isə bir neçə saat sonra Qəzzanın dəniz limanında azad edilib.

Bibas 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə qarşı həyata keçirdiyi terror hücumu zamanı Kibbutz Nir Oz qəsəbəsindən həyat yoldaşı Şiri və iki azyaşlı oğlu - 5 yaşlı Ariel və 2 yaşlı Kfir ilə birlikdə girov götürülmüşdü. Onun ailəsinin taleyi hələ ki, qeyri-müəyyəndir.

Əslən Şimali Karolinanın Çapel Hil şəhərindən olan Siqel Kibbutz Kfar Aza qəsəbəsindən həyat yoldaşı Aviva Siqel ilə birlikdə girov götürülmüşdü. Aviva Siqel 2023-cü ilin noyabr ayında qısa müddətli atəşkəs zamanı azad edilmişdi.

Kalderon Kibbutz Nir Oz qəsəbəsindən iki uşağı ilə birlikdə silahlılar tərəfindən əsir götürülmüşdü. Onun keçmiş həyat yoldaşı Hadas Kalderon da girov götürülmüş, lakin 2023-cü ildə keçirilən girov mübadiləsi zamanı uşaqları ilə birlikdə azad edilmişdi.

İsrail şənbə günü 90 məhbusu azad etməyə razılıq verib, bu isə dördüncü belə mübadilədir. Lakin Fələstin tərəfdarı olan bir qrup bu sayın 183-ə çatdırıldığını və onların gün ərzində sərbəst buraxılmasının gözlənildiyini bildirib.

HƏMAS cümə axşamı üç israilli və beş tailandlı olmaqla səkkiz girovu azad edib. Günün sonlarında İsrail 32-si israillilərə qarşı ölümcül hücumlara görə ömürlük həbs cəzası çəkən 110 fələstinli məhbusu azad edib.

Atəşkəs razılaşmasının qüvvəyə minməsi ilə 423,000-dən çox fələstinli Qəzzanın şimalına geri qayıdıb. İsrail ordusu 2023-cü ilin oktyabr ayında İsrail-HƏMAS müharibəsinin ilk mərhələlərində onları bu ərazidən çıxmağa məcbur etmişdi.

Forum

XS
SM
MD
LG