Accessibility links

Tramp ABŞ-a ixrac edilən Meksika mallarına 25%-lik yeni tarifi bir ay müddətinə dayandırıb


Bazar ertəsi ABŞ prezidenti Donald Tramp Meksika prezidenti Klaudiya Şeynbaumun ABŞ-a ölümcül opioid fentanil axınının qarşısını almaq üçün 10 min Milli Qvardiya əsgərini göndərəcəyini deməsindən sonra ABŞ-a ixrac edilən Meksika mallarına 25%-lik yeni tarifi bir ay müddətinə dayandırıb.

"Meksika şimal sərhədini gücləndirəcək ... Meksikadan ABŞ-a narkotik ticarətini, xüsusən də fentanilini dayandırmaq üçün. Birləşmiş Ştatlar Meksikaya güclü silahların qaçaqmalçılığının qarşısını almaq üçün işləməyi öhdəsinə götürür", Şeynbaum Trampla söhbətdən sonra X-də yazıb.

Meksika lideri əlavə edib ki, iki ölkə təhlükəsizlik və ticarətlə bağlı danışıqları davam etdirəcək və “tariflərə bundan sonra bir ay fasilə verilir”.

Daha sonra Tramp “Truth Social” platformasında deyib: “Bu əsgərlər xüsusi olaraq fentanil və qeyri-qanuni miqrantların ölkəmizə axınının qarşısını almaq üçün təyin olunur”.

ABŞ lideri bildirib ki, qarşıdakı ay iki ölkə “sövdələşmə” üzrə danışıqlar aparmağa çalışacaq. Onun sözlərinə görə, dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent və ticarət naziri Hovard Lutnik Meksikanın yüksək səviyyəli rəsmiləri ilə görüşəcəklər.

Ən azı bir ay ərzində ABŞ-Meksika tarif mübahisəsinin həlli Trampın Kanadanın Baş naziri Castin Trüdo ilə bazar ertəsi gecə yarısı Kanadanın ABŞ-a ixracına tətbiq etməyi planlaşdırdığı eyni 25% tarifi haqqında danışdığı vaxta təsadüf edir.

liderlər bazar ertəsi günortadan sonra yenidən danışmağa razılaşırlar. Çinlə birlikdə ABŞ-ın üç ən böyük ticarət tərəfdaşından ikisini təmsil edən Şeynbaum və Trrüdo Trampın tarif planlarına edərək, qisas alacaqlarına söz verib.

Trampın Çinə 10% tarif artımı ilə Pekin Ümumdünya Ticarət Təşkilatına etiraz edəcəyini bildirib.

Forum

XS
SM
MD
LG