Prezident Donald Tramp cümə axşamı Ağ Evdə Hindistan lideri ilə görüşüb. İki lider enerji və müdafiə sahələrində bir sıra sazişlər imzalayıb. Onlar arasında Hindistanın F-35 qırıcısını almasına yol açacaq razılıq da yer alıb.
Bununla belə Tramp elə həmin gün ABŞ-ın bütün ticarət tərəfdaşlarına qarşılıqlı tariflərini nəzərdən keçirmək qərarına gəlib.
Tramp enerji, kosmos və müdafiə ilə bağlı razılaşmaları, o cümlədən, Hindistanın hazırda sadəcə olaraq yaxın müttəfiqlərdən ibarət elit qrupun çıxışı olduğu F-35 gizli döyüş təyyarəsi proqramına daxil ola biləcəyini açıqlayıb.
“21-ci əsr üçün ABŞ-Hindistan müqaviləsi tərəfdaşlığımızın və dostluğumuzun bütün aspektlərini dərinləşdirəcək tarixi təşəbbüsdür,” Tramp Ağ Evdə Hindistan Baş naziri Narendra Modi ilə danışıqlardan sonra deyib. “Bu ildən başlayaraq biz Hindistana hərbi satışları milyardlarla dollar artıracağıq. Biz həmçinin Hindistanı F-35 gizli qırıcıları ilə təmin etmək üçün yol açırıq.”
Modi zarafat edib ki, o, Trampın məşhur “Amerikanı yenidən möhtəşəm et” sloqanı əsasında “Hindistanı yenidən möhtəşəm et” şüarını yaradıb. O, enerji, xüsusilə də kiçik modul nüvə reaktorları və müdafiə müqavilələri üzrə əməkdaşlığı vurğulayıb.
"Amerika və Hindistan birlikdə işlədikdə, MAGA üstəgəl MIGA, MEGA olur – bu da, rifah üçün meqa tərəfdaşlıqdır" o, hind dilində deyib.
Yet the bonhomie of these two men, who are known to have a warm relationship, was strained by Trump’s same-day order to launch a review for reciprocal tariffs, which he framed as his effort to reduce a long-running trade deficit with India.
Bununla belə, isti münasibətləri ilə tanınan bu iki adam arasındakı səmimilik Trampın qarşılıqlı tarifləri nəzərdən keçirilməsi üçün göstəriş verməsi ilə gərginləşib. O bunu Hindistanla uzun müddət davam edən ticarət kəsirini azaltmaq səyi adlandırıb.
Günün əvvəlində, Yeni Dehlinin ən böyük narahatlığı - qarşılıqlı tariflərə qərq olmaq barədə suala cavabda, bir administrasiya rəsmisi jurnalistlərə “Bu gün görüşdən sonra görəcəyiniz şey möhkəm, ədalətli - və mən ədalətli sözünü vurğulayıram - iki dinamik və inkişaf edən iqtisadiyyatlarımız arasında ikitərəfli ticarət razılaşmasına doğru təkan olacaq və ümid olunur ki, 2025-ci təqvim ilində belə bir razılaşma olsun” deyib.
Rəsmi adının açıqlanmaması şərti ilə danışıb.
Həmin rəsmi həmçinin Hinsitanla “yarımkeçiricilər, kritik minerallar, təchizat zəncirinin davamlılığı və diversifikasiyası” ilə bağlı açıqlamaların olduğunu vurğulayıb.
Təhlilçilər deyir ki, Vaşinqtonla Yeni Dehli arasında danışıqlarda Çinin də müzakirə mediləcəyi gözlənilirdi.
Forum