Tramp administrasiyası çərşənbə axşamı Səudiyyə Ərəbistanında ABŞ və Rusiya rəsmilərinin iştirak etdiyi, lakin ukraynalıların iştirak etmədiyi danışıqları alqışlayıb. Ağ Ev bildirib ki, bu paralel yollu diplomatiya – müharibə edən tərəflərlə ayrıca danışıq aparmaq – üç ildir davam edərək Avropanı sarsıdan münaqişəyə son qoymaq üçün ilk mühüm addımdır. Amerikanın Səsinin Ağ Ev müxbiri Anita Pauel Vaşinqtondan xəbər verir.
Ukraynanın gələcəyi üçün çərşənbə axşamı Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Kyivin iştirakı olmadan Ukraynadakı amansız müharibəyə son qoymaq üçün danışıqlar Vaşinqton və Moskvanın rəsmiləri tərəfindən həyata keçirildi.
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, tərəflər səfirlik işçilərinin sayı və sülh danışıqları üçün yüksək səviyyəli komandanın yaradılması ilə bağlı “geniş şəkildə” razılaşıblar.
ABŞ-ın Florida ştatındakı malikanəsində prezident Donald Tramp nikbinliyini ifadə edib və Ukraynanın dəvət olunmalı olması ilə bağlı tənqidlərlə razılaşmayıb.
“Düşünürəm ki, bu müharibəni bitirmək gücüm var. Düşünürəm ki, çox yaxşı gedir, amma bu gün eşitdim ki, ‘Biz dəvət olunmamışdıq’ Üç ildir ki, oradasınız. Bunu üç ilə bitirməli idin. Sən buna heç başlamamalıydın. Siz razılaşa bilərdiniz”, Tramp bildirib.
Tramp həmçinin qeyd edib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin reytinqi münaqişənin başlanğıcında ən yüksək səviyyədən aşağı düşüb və danışıqlar üçün şəraitə işarə edib.
“Onlar masa arxasında oturmaq istəyəndə deyə bilərsiniz ki, Ukrayna xalqı “Bilirsiniz, bizdə çoxdandır seçki keçirilmir” deməli deyildimi? Bu, Rusiyaya aid deyil. Bu, məndən gələn və bir çox başqa ölkələrdən gələn bir şeydir”, o əlavə edib.
Türkiyənin paytaxtı Ankarada Zelenski Avropa İttifaqı və Türkiyə kimi tərəfdaşlarla birlikdə bütün danışıqlara qatılmağa inandırmağa çalışıb.
“Mən əminəm ki, Ukrayna və regionumuz üçün, Avropa üçün müharibəni dayandırmaq üçün hər hansı danışıqların Rusiyanın təcavüzündən təsirlənən əsas tərəflərin arxasında baş tutmaması mühümdür”, Zelenski qeyd edib.
Rusiyanın xarici işlər naziri masanın genişləndirilməsi ideyasını dəstəkləməyib.
"Avropa fəlsəfəsi heç yerə getməyib, ona görə də danışıqlar masası arxasında onların nə işləri olduqlarını bilmirəm. Əgər onlar öz davranışları, təbiətləri və vərdişləri kimi müharibəni davam etdirmək niyyətindəykən münaqişənin dondurulması ilə bağlı bəzi hiyləgər fikirləri ortaya atacaqlarsa, onda biz niyə onları ümumiyyətlə dəvət etməliyik?", Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib.
Analitiklər deyirlər ki, Kyiv və Moskva bir-birindən bu qədər uzaqda olduğundan, onlar bu məsələdə müəyyən məntiq görürlər.
“Ukraynalıların Ər-Riyaddan necə kənarda qalması və sairlə bağlı bir az təşviş var. Sadəcə olaraq vəziyyət tam aydın deyil, amma paralel yol diplomatiyası optimal deyil, lakin tərəflərin əslində nə qədər uzaq olduğunu nəzərə alsaq, qorxulu da deyil”, Amerika Biznesmen İnstitutundan Fred Kaqan bildirib.
Tramp bəzi analitiklərin sual etdiyi bəzi şərtləri haqqında açıq danışıb.
“Tramp administrasiyası ilə bağlı tənqid edəcəyim yeganə şey odur ki, məncə, o, hər hansı ciddi müzakirədən əvvəl ABŞ əsgərlərinin orada yerləşdirilməyəciyini, NATO üzvü olmayacağını deməklə çox şey danışdı. Bütün bunlar arabanı atın qabağına qoymaqdır, çünki qətlləri dayandırmaq üçün razılaşmaq lazımdır", Xarici Əlaqələr Şurasından Çarlz Kupçan bildirib.
Rubio danışıqların davam edəcəyini deyib, lakin növbəti raundda Ukraynanın daxil olub-olmayacağı barədə məlumat verməyib.
Forum