Accessibility links

Əbülfəz Elçibəy və Nəcəf Nəcəfovun məzarı ziyarət edilib


Əbülfəz Elçibəy və Nəcəf Nəcəfov
Əbülfəz Elçibəy və Nəcəf Nəcəfov

İyunun 24-ü mərhum prezident, Azərbaycan milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin və müstəqillik dövrünün ilk müstəqil mediası "Azadlıq" qəzetinin qurucusu Nəcəf Nəcəfovun doğum günüdür.

Əbülfəz Elçibəy (Əbülfəz Qədirqulu oğlu Əliyev) 1938-ci il iyunun 24-də anadan olub, 2000-ci il avqustun 22-də vəfat edib. Əbülfəz Elçibəy 1980-ci illərdə Azərbaycan xalq hərəkatının lideri, Azərbycan Xalq Cəbhəsinin sədri olub. O 1992-1993-cü illərdə Azərbaycanın demokratik seçki yolu ilə seçilmiş prezidenti olub.

1993-cü ilin iyununda ölkəni qarşıdirmadan xilas etmək üçün prezident Əbülfəz Elçibəy hakimiyyətdən uzaqlaşaraq doğma Kələki kəndinə gedib və burada 4 il 4 ay qaldıqdan sonra Bakıya qayıdıb. O Bakıya qayıtdıqdan sonra yenidən Azərbaycan müxalifətinin lideri olub. 1997-ci ildə müxalifətin birləşdiyi Demokratik Konqresə sədr seçilib. Həmin ilin noyabrında Bütöv Azərbaycan Birliyini yaradıb.

Bu gün Azərbaycaın müxalifət partiyaları, ictimaiyyətin çoxsaylı nümayəndələri Fəxri Xiyabanda mərhum prezidentin qəbrini ziyarət edib.

Eyni zamanda siyasi xadimlər, jurnalist kollektivləri Nəcəf Nəcəfovun məzarını ziyarət edib.

Nəcəf Nəcəfov 1955-ci il iyunun 24-də anadan olub və 1999-cu il dekabrın 14-də vəfat edib.

1986-cı ildə N.Nəcəfov "Molodyoj Azerbaydjana" qəzetinə redaktor təyin edilib. Onun rəhbərliyi dövründə "Molodyoj Azerbaydjana" ölkənin ən populyar və sevimli qəzeti olub. 1986-1988-ci illərdə "Molodyoj Azerbaydjana" faktiki olaraq Respublikanın mərkəzi qəzetinə çevrilib. 1988-ci ildə Qarabağ hadisələri başlayarkən bu qəzetin ölkə həyatında rolu, təsiri və populyarlığı daha da artıb. N.Nəcəfovun və qələmdaşlarının prinsipial mövqeyi respublikanın kommunist rəhbərliyini razı salmayıb və 1988-ci ildə o, vəzifəsindən azad edilib. Həmin vaxtdan başlayaraq N.Nəcəfov faktiki olaraq siyasi fəaliyyətə keçib və Azərbaycan Xalq Cəbhəsinin təşəbbüs qrupuna daxil olub.

1989-cu ildə müstəqil "Azadlıq" qəzetini təsis edib.

XS
SM
MD
LG