Accessibility links

Cəbhədə gərginlik - erməni tərəfi itki verib (Yenilənib-2)


Azərbaycan Xarici İşlər Nazirliyi cəbhə xəttində yaranmış gərginliyə münasibət bildirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana planlaşdırılan səfəri ərəfəsində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin ağır silahlardan intensiv şəkildə pozulması və təxribat əməliyyatlarının törədilməsi həyata keçirilir. Ermənistanın törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələri itki verib.

Hikmət Hacıyev
Hikmət Hacıyev

"ATƏT-in Minsk Qrupunun həmsədrləri nəzərə almalıdırlar ki, Ermənistan tərəfindən cəbhədə vəziyyətin gərginləşdirilməsi onların regiona, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinin ardınca baş verib.

Ermənistan qəsdən cəbhədə vəziyyətin gərginləşdirilməsi yolu ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin substantiv danışıqlar yolu ilə həllinə imkan verməməyə və işğala əsaslanan mövcud status kvonu saxlamağa çalışır", o qeyd edib.

Xarici İşlər Nazirliyi hesab edir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu atəşkəsin pozulmasının başlıca səbəbidir.

"Beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatları və hal-hazırda danışıqlar masasında olan təkliflər Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edir".

Hacıyev bildirir ki, Azərbaycan Silahlı Qüvvələri ölkənin suveren ərazilərində fəaliyyət göstərərək Ermənistanın Azərbaycana qarşı təcavüzü fonunda Azərbaycanın ərazilərinin müdafiəsini və xüsusilə təmas xətti boyu yaşayan mülki əhalinin təhlükəsizliyini təmin edir.

"Cəbhədə yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür", Azərbaycan Xarici İşlər Nazirliyi bildirir.

Öz növbəsində, Ermənistan Xarici İşlər Nazirliyi atəşkəsin pozulmasında Azərbaycan tərəfini günahlandıran bəyanatla çıxış edib.

***

Azərbaycan Müdafiə Nazirliyi cəbhədəki durumla bağlı bəyanatla çıxış edib.

Sənəddə deyilir ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisindəki qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı surətdə təxribatlar törədir.

"Düşmən Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrimizi iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutmaqda davam edir. Ermənistan silahlı bölmələrinin növbəti təxribatının qarşısını alarkən iyunun 15-də ordumuz itki verib."

Görülən cavab tədbirləri nəticəsində 6 erməni hərbi qulluqçusu öldürülüb, yaralıları da var, deyə nazirlik bildirir.

"Düşmənin bu cür əməllərinin qarşısı qətiyyətlə alınacaq və verəcəyi itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək," Azərbaycan Müdafiə Nazirliyi xəbədarlıq edir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, atəş uzaq məsafədən dəzgahlı qumbaraatanlardan açılıb.

Müdafiə Nazirliyi hərbçilərin cəbhənin hansı istiqamətində öldürüldüyünü bildirmir.

Cəbhədə gərginlik ATƏT-in Minsk qrupunun həmsədrlərinin regionda səfərdə olan vaxta təsadüf edir. Həmsədrlər bu həftə ərzində Ermənistan və Dağlıq Qarabağda münaqişənin nizamlanması ilə bağlı danışıqlar aparıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG