Accessibility links

Vəkil: "Jurnalistin əlləri və ayaqları titrəyirdi, dişləri çıxarılmışdı"


Nicat Əmiraslanov
Nicat Əmiraslanov

Vəkil Elçin Sadıqov və araşdırmaçı jurnalist Xədicə İsmayılova mayın 3-də Gəncə Apellyasiya Məkəməsində hakimin köməkçisinin jurnalist Nicat Əmiraslanovu şikayətdən imtina yazmağa və müdafiəçidən imtina etməyə, özünü təqsirli bilməyə məcbur etməsinin şahidi olub.

Elçin Sadıqov bildirib ki, jurnalistin qorxduğu açıq görünürdü, onun əlləri və ayaqları titrəyirdi, dişləri çıxarılmışdı.

"O bizə dedi ki, hələ 18 gün həbsdə qalmalıdır və biz onu başa düşməliyik", deyə vəkil bildirib.

Vəkilin Əmiraslanovla təkbətək danışmağına icazə verməyiblər. Hakimin köməkçisi deyib ki, hakim prosesə ona görə gəlməyib ki, şikayətdən imtina gözləyir.

"Hakimin köməkçisinin hərəkətləri və hakimin özünün təyin edilmiş vaxtda məhkəmə zalına gəlməməsi jurnalistin şikayətdən imtinaya məcbur edilməsi planlaşdırılasını bir daha sübut edir", deyə vəkil bildirib, bundan sonra onu zaldan çıxarıblar.

Xədicə İsmayılova öz facebook səhifəsində məhkəmə zalından iki video yerləşdirib.

Bir videoda gənc kişinin Əmiraslanova nə isə diktə etdiyi görünür. Digərində Əmiraslanovun qarşısında formalı şəxs dayanıb.

İsmayılova jurnalistdən dişlərinin harada olduğunu soruşur, o isə cavab verir ki, "tökülüb".

Bundan dərhal sonra məhkəmə icraçıları İsmayılovadan çəkilişə son qoymağı tələb ediblər və zaldan çıxarıblar.

Jurnalist Əmiraslanov mayın 22-də Qazax rayonunda saxlanılıb və növbəti gün 30 gün müddətinə həbs edilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə tabe olmama) maddəsi ilə təqsirli bilinib.

Amma hüquq müdafiəçilərinin fikrincə, həbsin əsl səbəbi Əmiraslanovun Mehriban Əliyevanı Napoleon tortu ilə müqayisə edib istehza etməsi olub.

Öz növbəsində, nə məhkəmə, nə də jurnalisti saxlayan rəsmi qurumlar hələ onun dişlərinin hansı səbəbdən tökülməsi və işgəncə ilə bağlı şərh verməyib.

XS
SM
MD
LG