Accessibility links

AXCP sədrinin müavini həbs edilib-vəkil bildirib (Yenilənib)


AXCP sədrinin müavini Gözəl Bayramlı
AXCP sədrinin müavini Gözəl Bayramlı

AXCP sədr müavini Gözəl Bayramlı həbs edilib, onun Bakıya gətiriləcəyi gözlənilir. Bu barədə vəkil Elçin Sadıqov facebook səhifəsində yazıb,

Onun sözlərinə görə, Bayramlı Sərhəd Xidməti tərəfindən saxlanılıb və ona qarşı cinayət işi açılıb. Bu barədə vəkil Elçin Sadıqov facebook səhifəsində yazıb.

Vəkil Bayramlının konkret olaraq nədə ittiham olunduğunu və hansı maddə ilə cinayət işi açıldığını bilmir. "İş Sərhəd Xidmətinin icraatındadır", vəkil yazır.

Azərbaycan Sərhəd Xidməti bu məsələ ilə bağlı şərh vermir.

***

Mayın 25-də AXCP sədrinin müavini Gözəl Bayramlı Gürcüstandan Azərbaycana gələrkən Azərbaycan tərəfində saxlanılıb. Onun saxlanılmasının səbəbləri ilə bağlı hələ rəsmi məlumat yayılmayıb.

Bayramlının saxlanılması ilə bağlı AXCP sədri Əli Kərimli facebook səhifəsində məlumat yayıb.

"Dostlar, indicə müavinim Gözəl Bayramlı zəng etmişdi. Gözəl xanım xeyli müddətdir ki, Gürcüstanda müalicə olunurdu. Gürcüstandan müalicənin növbəti mərhələsindən qayıdan zaman Qazax gömrük məntəqəsində Gözəl xanımın çantasına nəsə atıb (hələ nə olduğu bilinmir) onu saxlayıblar. Hakimiyyətə müraciət edirəm: Mübarizəni kişi kimi aparın, heç olmasa, qadın siyasətçiyə qarşı bu namərdliyi etməyin. Bütün qırmızı xətləri keçməyin! Unutmayın ki, bir gün bütün bunlara görə cavab vermək də var!"-Əli KƏrimli qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG