Accessibility links

Ağ Ev: ABŞ hərbi qüvvələri Suriyadan çıxarılır


ABŞ hərbi qüvvələrini Suriyadan çıxarır
please wait

No media source currently available

0:00 0:02:16 0:00

Prezident Donald Trampın ABŞ hərbi qüvvələrinin Suriyadan çıxarılması haqda qərar verdiyinə dair mesajı Vaşinqtonda bir çoxları tərəfindən şok kimi qarşılanıb. Bu, Birləşmiş Ştatların xarici siyasətində bu il ən mühüm dəyişiklikdən xəbər verir. Tramp eyni zamanda, İslam Dövləri qrupuna qarşı mübarizənin başa çatdığını elan edib. ABŞ rəsmiləri bu dəyişikliyin səbəbini izah etməyə çalışdığı zaman bir çox ekspertlər qərarın mümkün nəticələri ilə bağlı suallar qaldırır.

Prezident Donald Tramp adəti üzrə sensasiyalı xəbəri Twitter sosial şəbəkəsində paylaşıb.

“Biz Suriyada orada mövcudluğun yeganə səbəbi olan İŞİD-i məğlub etmişik”, Tramp mesajında yazıb.

Müdafiə naziri Cim Mattislə görüşmək üçün Pentaqona gələn vitse-prezident Mayk Pens müxbirlərin suallarını cavablandırmayıb.

Pentaqon ABŞ hərbi qüvvələrinin vətənə geri dönmyə hazırlaşdığını təsdiq edib.

Konqresdə prezidentin özünün mənsub olduğu Respublikaçılar partiyasının nümayəndələri xəbəri şok kimi qarşılayıb.

Respublikaçı senator Lindsi Qraham: “Mən ilk növbədə nə baş verdiyini bilmək istəyirəm.”

Biz onlara qalib gəlmişik və onlara ağır zərbələr endirmişik. Biz torpaqları geri almışıq və indi bizim əsgərlərimizin vətənə qayıtması vaxtıdır.
Prezident Tramp

Respublikaçı senator Marko Rubio: “Mən belə bir məsləhətin kim tərəfindən verildiyini bilmirəm, amma bu, təəssüf ki, uğursuz qərardır. Fikrimcə, o dəyişilməsə, biz bunun bədələni ödəyəcəyik.”

Rəsmilərin bildirdiyinə görə, Suriyada yerləşdirilmiş 2 min nəfərdən ibarət əsgəri qüvvə vətənə qayıdır. Lakin onlar mürəkkəb münaqişənin getdiyi bir yeri tərk edir.

Burada təkcə İŞİD deyil, bəzən qrupa qarşı, lakin hər zaman Suriya prezidenti Bəşar Əsədi dəstəkləyən Rusiya hərbi qüvvələri və İrana yaxın qüvvələr yer alır. Əsəd indi ABŞ-a daha azad şəkildə meydan oxuya bilər.

Demokratiyaların Müdafiəsi Fondunun təhlilçisi Endrü Qabel: “ABŞ qüvvələri çıxarılsa, müqavimətin forması dəyişir.”

ABŞ hərbi qüvvələri elə keçən həftə İŞİD-in hələ tam məğlub edilmədiyini bildrib. Hajun şhərində qalan 2 min döyüşçü qrupun xilafət elan etdiyi ərazidə hələ də qalır.

ABŞ-ın xüsusi nümayəndəsi Bret MaQurk: “Şübhəsiz ki, sadəcə xilafətin fiziki olaraq məğlub edildiyini demək mənasız olardı, ona görə də indi çıxmaq olar.”

Ağ Ev rəsmiləri bildirib ki, İŞİD-in son qalıqlarının təmizlənməsi məsuliyyəti ABŞ-ın kürd hərbi dəstələrindən ibarət tərəfdaşı olan SDF qüvvələrinin üzərinə düşür.

Mənbələrin Amerikanın Səsinə bildirdiyi kimi, bu qüvvələrin ABŞ və koalisiyanın hava reydlərindən nə qədər bəhrələnə biləcəyi aydın deyil.

Kürd döyüşçülərinin böyük hissəsi cəbhə xəttini tərk edib, Türkiyə tərəfindən mümkün hücuma hazırlaşmağa başlaya bilər.

Lakin bütün bunlar İŞİD-la bağlı missiyanın başa çatdığını deyən prezident Donald Trampı narahat etmir.

“Biz onlara qalib gəlmişik və onlara ağır zərbələr endirmişik. Biz torpaqları geri almışıq və indi bizim əsgərlərimizin vətənə qayıtması vaxtıdır.”

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG