Accessibility links

Ağrı Qaradağlı: Dinc mübarizənin tərəfdarıyıq


Ağrı Qaradağlı

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) təşkilatının üzvü Ağrı Qaradağlı Amerikanın Səsi ilə söhbətdə, hazırda İranda əhalinin üzləşdiyi iqtisadi çətinlikləri şərh edib. O, habelə son vaxtlar İran müxalifəti arasında silahlı fəaliyyət üzərində ortaya çıxan mübahisələrə dair mənsub olduğu təşkilatın mövqeyini açıqlayıb.

Ağrı Qaradağlı Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:13:27 0:00

İranın milli valyutası rialın dəyərdən düşməsinə səbəb olan daxili və xarici amillərə diqqət çəkən Qardağlı iqtisadi böhranın qismən Həsən Ruhani höküməti, eləcə də İnqilab Keşikçiləri Korpusunun (Sepah) gizli planları nəticəsində ortaya çıxdığını hesab edir.

Bıçaq sümüyə dayansa və bölgədə kritik bir durum yaransa, təbii ki, biz də özümüzü müdafiə edərik. Amma silahlı mübarizənin tərəfdarı deyilik.

Keçən həftə əhalisinin əksəriyyətinin ərəb olduğu İranın Əhvaz şəhərində keçirilən illik hərbi parad zamanı baş verən silahlı hücum İranlı müxalif qruplar arasında ortaya çıxan mübahisələrdən sonra GAMOH təşkilatı silahlı fəaliyyətə qarşı olduğuna dair mövqe sərgiləyib.

Mənsub olduğu təşkilatın mövqeyini şərh edən Ağrı Qaradağlı deyir: “Bizim əsas istəyimiz sülh yolu ilə öz müqəddəratımızı təmin etmək haqqını əldə etməkdir. Bıçaq sümüyə dayansa və bölgədə kritik bir durum yaransa, təbii ki, biz də özümüzü müdafiə edərik. Amma silahlı mübarizənin tərəfdarı deyilik."

“İranda əksəriyyətdə olan iki millət türklər və farslardır. Bu gün farsların əsas məskunlaşdığı bölgələr Tehran, İsfahan, Şiraz və başa bir neçə vilayətdir. 7 ya 8 vilayət. Amma, İranın 31 vilayətindən 28-ində türklər yaşayır. Türklər İranın əksər bölgələrində yaşadıqları üçün, mən belə düşünürəm ki, silahlı bir mübarizəyə əl atmağımız doğru deyil... Çünki, belə bir halda bizim öz insanlarımız zərər görəcək,” deyə milli fəal əlavə edir.

XS
SM
MD
LG