Accessibility links

ABŞ 1970-ci illərin "Warthog" ləqəbli qırıcı təyyarələri istifadədən çıxarmamaq qərarına gəlib


ABŞ 1970-ci illərin "Warthog" ləqəbli qırıcı təyyarələri İŞİD-lə mübarizədə effektiv olduğu üçün istifadədən çıxarmamaq qərarına gəlib.

Sovetin sillahlı qüvvələri əleyhinə istehsal edilən bu ikimühərrikli təyyarələr çox sürətli olmasa da, 30 mm-lik top ilə qurudakı mövqelərin dəqiq hədəfini təmin edir. Qırıcılar bundan əlavə güclü davamlılığa malikdir.

A-10 təyyarələrindən ilk dəfə 1991-ci ildə Körfəz müharibəsi zamanı istifadə edilmişdi.

Bu qırıcılar minlərlə tank, zirehli maşın və artillery sılahlarını sıradan çıxarmışdı. Onlar Balkanlardakı münaqişə zamanı da ABŞ-ın hərbi əməliyyatlarında əsas alət olmuşdu.

Bu yaxınlarda ABŞ-ın Hava qüvvələri qırıcıların təqaüdə göndərilmə vaxtının çatdığını bildirib.

Lakin Müdafiə Nazirliyi bu təyyarələrin 2022-ci ilədək istifadədə olacağını bəyan edib.

Müdafiə naziri Eş karter Konqresə bildirib ki, A-10 İraq və Suriyada İslam Dövlətinə qarşı mübarizədə nailiyyətə yol açdığı üçün nazirlik təyyarələri saxlamaq istəyir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG