Accessibility links

Kondaliza Rays İndoneziyaya səfər edəcək


Birləşmiş Ştatların dövlət katibi Kopndaliza Rays sabah iki günlük rəsmi səfərlə İndoneziyaya gedəcək. Səfərin məqsədi terrorizm, Həmas və Yaxın Şərq, habelə siyasi əlaqələrin möhkəmləndirilməsi məsələlərinin müzakirəsidir.

Bu, Dövlət katibi Kondaliza Raysın dünyanın ən böyük müsəlman əhalisinə malik olan İndoneziyaya ilk səfəri olcaq. İki günlük səfəri zamanı xanım Raysın İndoneziya prezidenti Susilo Bambanq Yudhoyono və dövlət rəsmiləri ilə görüşü gözlənilir.

Prezidentin sözçüsü Dino Calal Cakartanın bu danışıqların əlaqələri möhkəmləndirəcəyinə ümid etdiyini deyir.

Qeyd edək ki, Birləşmiş Ştatlar 1999-cu ildə İndoneziyadan ayrılaraq müstəqillliyə səs verən Cənubi Timor regionunda hərbi qüvvələr tərəfindən mindən artıq adamın qətlə yetirilməsindən sonra İndoneziya ilə əlaqələri kəsmişdi. lakin terrorizmlə mübarizə səylərinə yardım məqsədi ilə İndoneziyaya qarşı hərbi məhdudiyyətlər bir qədər azaldılmışdır.

ABŞ dövlət katibinin İndoneziyada Çinin iqtisadi artımının regiona təsiri , habelə, quş qripi ilə mübarizə yollarını müzakirə edəcəyi gözlənilir.

XS
SM
MD
LG