ABŞ rəsmilərinin hazırladığı hesabat Federal Təhqiqatlar Aqentliyini 2001-ci il sentyabrın 11-də törədilmiş terror hücumu barədə mühüm məlumatı hadisədən bir il əvvəl itirdiyində qünahlandırır. Ədliyyə nazirliyinin hazırladığı hesabat bu həftə dərc olunub. Hesabatda bildirilir ki, Aqentliyin təyyarələri qaçırtmış terrorçulardan ikisinin ən azı beş imkanı olmuş, lakin onlardan istifadə olunmamışdır. Bildirilir ki, bir dəfə Federal Aqentliyin rəhbər işçisi bir aqentin hazırladığı hesabatı təhlükəsizlik rəsmilərinə qöndərməyə icazə verməmişdi. Baş prokuror Alberto Gonzales NBC aqentliyinə bildirirb ki, bu hücumdan sonra əldə olunmuş məlumatların təhlükəsizlik aqentlikləri arasında bölüşdürülməsi sahəsində islahatlar aparılır.