Accessibility links

Dünya Bankı Afrika ölkələrinin borclarının silinməsini alqışlayır


Dünya Bankının yeni rəhbəri Pol Volfovitz dünyanın ən varlı millətlərinin ən yoxsul ölkələrin borclarını hesabdan silmək qərarını alqışlayıb. Hazırda cənab Volfovitz Nigeriyada səfərdədir. Bu səfərdə onun məqsədi Afrika qitəsinin yardım ehtiyaclarını nəzərdən keçirməkdir.

Nigeriyada çıxış edən Pol Volfovitz dünyanın ən varlı ölkələrinin maliyyə nazirlərinin bu razılığından məmnun olduğunu söyləyib. O, bu nəticəni çox mühüm və uğurlu adlandırıb. Qeyd edək ki, dünən G-8 qrupuna daxil olan dövlətlərin nazirləri dünyanın 18 ən yoxsul ölkəsinin üst-üstə 40 milyard dollarlıq borcunu ləğv etməyi qərara alıblar. Bu ölkələrin əksəriyyəti Afrika qitəsində yerləşir. Borcları ləğv etməkdə məqsəd bu vəsaitlərin səhiyyə, təhsil və infrastruktura yönəldilməsidir. Borcların verilməsi ən öncə Dünya Bankı kimi institutlar vasitəsilə həyata keçirilirdi.
Nazirlər həmçinin bildiriblər ki, Nigeriyanın 35 milyard dollarlıq borcu beynəlxalq kreditçilərin Paris Klubundakı görüşü zamanı nəzərdən keçiriləcək. Onlar əlavə ediblər ki, Afrikanın ən çox neft istehsal edən lakin eyni zamanda ən yoxsul ölkələrindən biri olan Nigeriyaya yardım etmək onların niyyətlərinə daxildir.

Bazar günü Lonodnda keçirilən həmin görüşlərin ardınca Nigeriyaya gələn cənab Volfovitz əmin olduğunu bildirib ki, müsbətə doğru ciddi nəticələr baş verəcək.

Amma Dünya Bankının sözçüsü Tim Kərrinqton söyləyib ki, Nigeriya dünya ictimaiyyətinə nümayiş etdirməlidir ki, o, yaxşı idarəçiliyə əməl edəcək və korrupsiyaya qarşı ardıcıl mübarizə aparacaq.
ACT

Nigeriya hökumətində idarəçiliyin təkmilləşdirilməsi və resursların menecmentinin yaxşılaşdırılması, və bu prosesin şəffaflığının təmin olunması Dünya Bankının marağındadır. Borcların silinməsi üçün bu cür tədbirlər təməl daşıdır.

Nigeriya Prezidenti Olsequn Obasanco isə idarəçiliyin və sosial xidmətlərin yaxşılaşdırılması üçün ən əvvəl borcların silinməsinin vacib olduğunu vurğulayıb. Sabah onun Pol Volfovitzlə görüşü gözlənilir. Xatırladaq ki, cənab Volfovitz Dünya Bankına rəhbər təyin olunmazdan əvvəl Amerika Müdafiə nazirinin birinci müavini vəzifəsində çalışırdı. O, İraq müharibəsinin əsas arxitektorlarından biri hesab edilir.

Cənab Volfovitz Afrika səfərinə Abuca məntəqəsində köçərilərlə görüşündən başlayıb. Bundan sonra isə o, kiçik bizneslərə elektrik enerşisi verilməsini təmin edən pilot layihəyə baş çəkib.

XS
SM
MD
LG