Accessibility links

Livanlılar seçkilərin sonuncu mərhələsinə səs verirlər


Livanın şimalında vətəndaşlar son 30 ildə Suriyanın müdaxiləsi olmadan keçirilən ilk parlament seçkilərinin sonuncu mərhələsində səs veriblər. 700 minə yaxın livanlı müxalifət lideri Saad Həriri ilə bir vaxtlar anti-Suriya generalı olmuş, lakin indi suriyapərəst qüvvələrlə birləşən Mişel Aun arasında seçim edəcək. 128 yerlik parlamentə nəzarəti ələ almaq üçün Həririnin partiyası 28 yerdən 21-ni qazanmalıdır. İlkin nəticələr bu günün sonunda və ya sabah erkən məlum olacaq.
XS
SM
MD
LG