Accessibility links

Mahmud Əhmədnecat İranın prezidenti seçildi


Avropa ölkələrinin bəziləri cənab Mahmud Əhmədinicadın prezident seçilməsindən və onun İranın nüvə programının davam etdirəcəyi barədə verdiyi bəyanatından narahatçılıqlarını dilə gətiriblər. Rusiya isə cənab Əhmədinicadı prezident seçilməsi münasibətilə təbrik edib.

Əfqanıstandan tutmuş İndoneziyayay qədər cənab Əhmədinicadın prezident seçilməsinə olan münasibətlər müxtəlifdir. İndoneziya İranlıları demokratik prossesi dəstəkləməkdə təbrik edib. Pakistan isə bildirib ki, cənab Əhmədinicadın prezident seçilməsilə Birləşmiş Ştatlar ilə İran arasındakı münasibətlər pisləşə bilər. Britaniyanın Xarici İşlər Nazirliyi də İranın nüvə programına görə narahaytçılığını bildirib. Xarici İşlər Naziri Jack Stravv deyib ki, o İranın nüvə programı, insan hüquqlarına riayət edilməməsi və Yaxın Şərq sülh prossesinə əngəl törətməsilə əlaqədar beynəlxalq qayğıları azaltmaq üçün, Tehranın müsbət addımlar atacağına ümid bəsləyir. Birləşmiş Ştatların Dövlət Departamenti İranın seçkilərinə şübhə ilə yanaşaraq bildirib ki, bu seçkilər Birləşmiş Ştatların İran barədəki siyasətinə heç bir dəyişiklik gətirməyəcək. Fransa və Almaniya isə bildiriblər ki, onlar İranın nüvə proqramı ilə əlaqədar aparılan danışıqların bundan sonra davam edəcəyinə ümid bəsləyirlər. Rusiya prezidenti Putin isə cənab Əhmədinicadı təbrik edərək bildirib ki, Moskva bundan sonra da İranla nüvə sahəsindəki əməkdaşlığı davam etdirəcək. Lakin Moskva İranın nüvə silahları əldə etməsi səyinə qarşıdır.

XS
SM
MD
LG