Accessibility links

Iraq Milli Məclisinin üzvü qətlə yetirilib


Bağdadda maşına yerləşdirilmiş bomba partlayışı nəticəsində İraq Milli Məclisinin üzvü Dari Əl Fayad həlak olub. Bağdad polisi bildirir ki, intiharçı idarə etdiyi maşını cənab Dari Əl Fayadı müşayiət edən maşın karvanının üzərinə sürərək partlatmış və Dari Əl Fayad, onun oğlu və üç cangüdəni həlak olmuşlar. Hücumun məsuliyyətini İraqın Əl-Qaida qrupu öz üzərinə götürüb. Lakin bu iddia müstəqil mənbələr tərəfindən hələlik təsdiq edilməyib. Kərkükdə isə polis məntəqəsinin yaxınlığına maşınla edilən hücumun nəticəsində iki nəfər həlak olub. Tikrit ətrafındakı Birləşmiş Ştatlar hərbi bazasının yaxınlığına edilən hücum nəticəsində iki Amerika əsgəri dünyasını dəyişib. Bu arada, mindən çox İraq və Amerika əsgəri İraqın qərbindəki Fərat çayı vadisində qiyamçılara qarşı yeni əməliyyata başlayıb.
XS
SM
MD
LG