Turkiyə rəsmilərinin bildirdiyinə görə bü gün qatara yerləşdirilmiş bomba partlayışı nəticəsində beş nəfər həlak olmuş, bir neçə nəfər isə yaralanmışdır. Partlayış nəticəsində bir neçə vaqonun dəmir yolu xəttindən çıxdığı xəbər verilir. Hücumun kürd üsyançıları tərəfindən həyata keçirildiynə dair şübhələr mövcuddur. Bununla belə, başqa bir qatarın da hücuma məruz qaldığı bildirilir. Anadoly Xəbər Agentliyinin bildirdiyinə görə qatar Binqöl vilayətinə gedərkən şərqi İlaziq və Tatvan şəhərləri arasında hücuma məruz qalıb. Yaralananlar barədə məlumat verilməyib.