Accessibility links

Prezident Buş Avropaya yola düşüb


Prezident Buş İraq müharibəsində müttəfiq olan Danimarkaya qısa səfər və Şotlandiyada Səkkizlər sammitində iştirak etmək üçün Avropaya yola düşüb. Danimarka polisi cənab Buşun səfərinə etiraz məqsədilə bir neçə yürüşün planlaşdırıldığı Kopenhagen ətrafında təhküsizlik tədbirlərini gücləndirmişdir. Prezident Buş Şotlandiyaya yola düşməzdən əvvəl Danimarkanın baş naziri Anders Fog Rasmussenlə görüşməlidir. Dünyanın sənayesi inkişaf etmiş yeddi ölkəsi və Rusiyanın iştirakı ilə Səkkzlər sammitinin əsas diqqət mərkəzində ətraf mühit və Afrikada yoxsulluğa qarşı mübarizə məsələləri olacaq. Britaniyanın baş naziri Toni Bleyerin Afrikaya yardımın böyük miqdarda artırılması planına imza atmaq üçün Səkkizlər qrupunun liderlərinə təzyiq göstərəcyi göslənilir. Prezident Buş keçən həftə Afrikaya yeni maliyyə yardımını elan etmişdi. Lakin ABŞ prezidenti qeyd etmişdir ki, zəngin ölkələr Afrikaya sadəcə maliyyə vermək deyil, qitədə inkişafa yardım göstərməlidirlər.
XS
SM
MD
LG