İtaliya polisi keçirdiyi iki günlük kütləvi anti-terrorizm əməliyyatı nəticəsində 142 nəfər şübhəli şəxsi həbs edib. Londondakı bomba partlayışlarının ardınca İtaliya polisi əvvəllər terrorçu mərkəzlərinin aşkar edilidiyi Milanda reydlər həyata keçirib. Polisin bildirdiyinə görə tutulanlardan 83-ü mühacirdir və 52 nəfər deportasiya əmri ilə üzləşir. Onların dediyinə görə axtarışlar nəticəsində 1 kiloqram yarım partlayıcı maddə aşkar edilib. Xatırladaq ki, Londonda partlayış həyata keçirməyi iddia edən qrup İtaliyaya İraq müharibəsində Amerikaya dəstək verdiyinə görə xəbərdarlıq edib.